Print

Ölü dillər hansılardır?

16 Bəyənmə Şərh yazmaq

Sivilizasiyanın yaranması dövründə insanlar məlumat mübadiləsini şifahi nitq vasitəsi ilə həyata keçirirdilər. Daha sonra isə yazı icad olundu. Beləliklə, mağaralarda ilk rəsmlər və sözlər əmələ gəlir.

Bu gün biz sizə tədricən öz mənasını itirmiş və istifadə olunmayan yazılı nitqlərdən danışacağıq.

Shuadit

Bu dili həmçinin Chouhadite, Chouhadit, Chouadite və yaxud Chouadit adlandırırlar. Uzun illər boyu Fransada din azadlığı yox idi. Bu isə müxtəlif insanların diskriminasiyaya uğramasına və onların kiçik qəsəbələrdə yaşamaqlarına səbəb olurdu. Məsələn, yahudilər öz üzərilərində diskriminasiyanın bütün çətinliklərini yaşamışdılar. Fransada yaşayan yahudi icmalarına yalnız öz dillərində danışmağa icazə verilirdi. Və 11-ci əsrdə Şuadit dili çiçəklənməyə başlayır. Din azadlığı dövrü başlayanda yahudi icmaları dağılır və onların hər biri müxtəlif yerlərdə yaşamağa gedirlər. Şuadit məhv olmağa məhkum idi. Rəsmi olaraq bu dilin onun ən son daşıyıcısı və istifadəçisi 1977-ci ildə vəfat edəndə “ölüb”.

Zaterland friz dili

Əsrlər boyu friz dili alman dilinin ən böyük rəqibi idi. Sonunda, alman dili qalib gəlir və frizlərin dili rəsmi ünsiyyətdən çıxardılır. Friz dili 1100-cü illərdə əmələ gəlmişdi. Kilsənin sərhədləri dəyişdirilən zaman alman dilində danışan katoliklər friz dilində danışan protestantlarla ailə qururlar. Və bu friz dili üçün böyük zərbə olur.

Alman dili qısa bir zamanda məşhurlaşır və friz dilini istifadən çıxardır.

Bugünkü gündə bu dilin daşıyıcılarının sayı 2000 – 5000 nəfər hesab edilir. Onların hamısı alman şəhəri Zaterlandın (Aşağı Saksoniya)  sakinləridir. Bu dilin rəsmi mahiyyəti yoxdur, o, sadəcə olaraq gündəlik həyatda istifadə olunur.

Martas-Vinyard adasının jestlər dili

Demək olar ki, 200 il ərzində Massaçusets ştatının cənub-şərqində yerləşən Martas- Vinyard adasında insanlar eşitmə qabiliyyətindən əziyyət çəkirdilər. Bunun səbəbi inbridinq, yəni yaxın qohumlar arasında nigahların olmasında idi. Adanın sakinləri jestlər vasitəsi ilə ünsiyyətin özlərinə məxsus sistemini icad edirlər. Bu dil Vineyard adlanırdı. 1800-cü illərin sonlarında bu dil Martas- Vinyard adasının sərhədlərini aşır və hətta amerika jest dilinin istifadəsinə təhlükə daşıyırdı. Buna baxmayaraq 1900-cü ildə adanın sakinlərində eşitmə qabiliyyətindən əziyyət çəkən insanların sayı azalmağa başlayır. Yəqin ki, onlar yaxın qohumlar arasında nigahın ziyanları haqqında öyrənmişdilər və yaxud materik sakinləri bu adaya gələrək yerli əhali ilə ailə həyatı qurmağa başlamışdı. Beləliklə, eşitmə qabiliyyətindən əziyyət çəkən insanların sayı azalır və bununla birlikdə jestlər dili də yoxa çıxmağa başlayır.

1980-ci ildə yalnız kiçik insan qrupu bu jestlər sistemindən istifadə edirdi.

Solresol

Solresol dili 1800- cü ildə Fransada əmələ gəlmişdi və həmçinin “musiqi dili” kimi də tanınırdı. Bu şifahi nitq, yazı, jest, rəsm və hətta bayraqlar vasitəsi ilə ötürülən dil sistemi idi. Bu dilin əsas mahiyyəti Fransada eşitmə qabiliyyəti olmayan uşaqlara tədris etmək idi. Əfsuslar olsun ki, Solresol praktikada 1 əsrdən az müddətə istifadə olunmuşdu.

1800-cü illərin sonlarında bu dil qeyri-məhsuldar hesab edilir və uşaqlara adi jest dili tədris olunmağa başlayır. İstifadəyə yararsız olaraq bu dil tədricən yox olur.

Benjamin Franklinin ingilis dili

1700-cü  ildə Amerika müstəmləkələri Böyük Britaniyaya qarşı nifrət bəsləyirdilər, onlar azad və müstəqil olmaq istəyirdilər. Özlərini daha azad hiss etmələrinə kömək etmək üçün dövlət xadimi Benjamin Franklin yeni əlifba icad edir. Yenilik c, j, q, w, x, və y hərflərinin aradan qaldılımasından və onların yerinə “ç” kimi tələffüz olunan ch kimi iki samit hərflərinin əlavə olunmasından ibarət idi. Bir neçə məktəb Franklin Benjaminin yeni əlifbasını tətbiq etməyə başlayırlar. Nəticələr müsbət idi. Lakin bir neçə ildən sonra inqilab baş verir. Hər döyüşdən sonra Franklinin islahatlar yenilikləri unudulurdular. Və sonunda yeni fonetik əlifba istifadən çıxardılır.

Bu əlifbanın mövcuduğu haqqında bəşəriyyat yalnız 100 il ötdükdən sonra öyrənmişdi.

Mənbə: banker.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

5/5 - (1 vote)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: