Dərs 1.1 — Samit səslər

LEKTİON 1.2 — die Konsonanten

Alman dilində bir çox samit səslər eynilə azərbaycan dilində olduğu kimi yazılır və oxunur. Amma bəzi samit səslərin işlənmə yerindən və səs birləşməsindən asılı olaraq tələffüz fərqlərini nəzərə alaraq ümumiyyətlə alman dili samit səslərinin 1-ci dərsdə verilmiş tələffüzü qaydalarını bir daha diqqətinizə çatdırıram.
Bu hərf və səslər işlənmə yerindən asılı olaraq azərbacan hərf və səslər sistemindən tamamilə və ya qismən fərqlənir.

C G H J Q S ß V W X Y Z

Bu hərflərin tələffüzünə xüsusilə fikir verməliyik:

/c/ adətən alman sözlərində təklikdə rast gəlinməyən və oxunmayan bu hərf müxtəlif hərf birləşmələrində rast gəlinir və aşağıdakı kimi oxunur:
1. Alman sözlərində həmişə /ch/ və ya /ck/ birləşməsi şəklində rast gəlinir. /ck/ birləşməsi şəklində rast gəlinərkən sadəcə /kk/ kimi oxunur. Məsələn:
Ecke – künc,
Acker – əkin

2. Alınma sözlərdə /c/ hərfi /k/ kimi də oxuna bilir. Məsələn:
Club – Klub,
Cafe – kafe və s.

3. /ch/ birləşməsi şəklində rast gəlinərkən isə 2 formada oxunuşu mümkündür.
A) Qalın saitıərdən əvvəl və sonra gələrkən adətən /x/, məsələn:
Buch – kitab,
Woche – həftə və s.

B) İncə saitlərdən sonra rast gələndə rus dilində olan incə /xь/ kimi oxunur: dich– səni,
Rechnung– hesab və s.

4. Bəzi daha çox alınma sözlərdə isə gah /k/, məsələn:
Charakter – xarakter,
gah da /ş/ kimi oxunur. Məsələn:
Chef – şef, rəhbər və s.

/g/ hərfi hər zaman azərbaycan dilində olan /q/ səsi kimi oxunulur. Məsələn:
geben – vermək,
grün – yaşıl və s.

/h/hərfi tələffüzündə 3 məqam mövcuddur:
1. Yalnız sözlərin əvvəlində hər zaman azərbaycan dilində olduğu kimi, yəni /h/ kimi oxunulur. Məsələn:
haben – malik olmaq,
heißen – adlanmaq və s.

2. Bitişik yazılaraq bir söz əmələ gətirən iki sözün ikinci sözünün əvvəlində yenə də hər zaman azərbaycan dilində olduğu kimi, yəni /h/ kimi oxunulur. Məsələn:
wo/hin– “haraya”,
wo/her -“haradan” və s.

3. Sözlərin ortasında gələrkən heç zaman oxunmur və yalnız özündən əvvəl gələn saitin uzun tələffüz edilməsini tələb edir. Məsələn:
nehmen – götürmək,
sehen – görmək” və s.

/j/ hərfi hər zaman azərbaycan dilində olan/y/ səsi kimi oxunulur. Məsələn:
ja – bəli,
jeder – hər kəs və s.
Bəzi alınma sözlərdə isə zərbaycan dilində olan/c/ səsi kimi oxunulur. Məsələn:
Jeans – cins (parca)” və s.

/q/ hərfi əsasən /qu/ birləşməsi kimi rast gəlinir və /kv/ kimi oxunulur. Məsələn:
Quadrat – kvadrat,
Quant – kvant və s.

/s/ hərfinin oxunuşunda 4 məqam vardır:
1. Saitlərdən əvvəl /z/ kimi oxunulur. Məsələn:
sammeln – toplamaq,
senden – göndərmək və s.

2. Sözün əvvlində /s/ hərfindən sonra t və ya /p/ hərfi gəlirsə bu zaman /s/ hərfi /ş/ kimi oxunur. Məsələn:
Stadt – şəhər,
spenden – iyanə vermək və s.

3. /s/ hərfi /sch/birləşməsi kimi rast gəlinərsə bu zaman yenə də /ş/ kimi oxunulur. Məsələn:
Schule – məktəb,
Schüler – məktəbli və s.

4./s/ hərfi qalan bütün məqamlarda sadəcə azərbaycan dilində olan /s/ kimi oxunulur. Məsələn:
testen – testdən kecirmək, yoxlamaq, sınamaq,
fassen – tutmaq,
Tagesablauf – günün planı və s.

/ß/ hərfi /ss/ kimi oxunur. Məsələn:
heißen – adlanmaq,
beißen – dişləmək və s.

/v/ hərfinin oxunuşunda 2 məqam vardır:
1. /v/ hərfi /ver/ sözönündə həmişə /f/ kimi oxunur. Məsələn:
verbringen – vaxt keçirmək
verabreden – razılaşmaq və s.

2. Digər hallarda /v/ hərfi azərbaycan dilində olan /v/ kimi oxunur. Məsələn:
Verb – fel,
Variante – variant və s.

/w/ hərfi hər zaman azərbaycan dilində olan /v/ kimi oxunur.Məsələn:
wir – biz,
wer – kim və s.

/x/ hərfi hər zaman /ks/ kimi oxunur. Məsələn:
Marx – Marks,
Text – mətn və s.

/y/hərfi əsasən alınma ingilis dilli sözlərdə və bir sıra alman sözlərində rast gəlinir və əsasən azərbaycan dilində olan /y/ kimi oxunur. Məsələn:
Yacht – yaxta

/z/ hərfi hər zaman /ts/ kimi oxunur. Məsələn:
Zimmer – otag,
Zucker – qənd, şəkər ,
tanzen – rəqs etmək və s.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook3Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 0 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir