Dərs 2.1 – Alman dilində şəxs əvəzlikləri

LEKTİON 2.1 – die Personalpronomen

Bu dərsimizdə alman dili şəxs əvəzliklərinin öyrənilməsinə başlayırıq. Alman dili şəxs əvəzliklərini başa düşə bilmək üçün gəlin əvvəlcə azərbaycan və alman dili şəxs əvəzliklərinin qarşılıqlı cədvəlinə nəzər salaq.

TəkdəSingularCəmdəMehrzahl
MənichBizwir
SənduSizihr
OEs (orta cins)
Er (kişi cinsi)
sie (qadın cinsi)
Onlarsie
Siz (hörmət)Sie

Alman dili şəxs əvəzliklərinin başa düşülməsində azərbaycanlılar üçün ən çətin məqam odur ki, azərbaycan dilində cins kateqoriyası yoxdur və  “o” deyərkən üçüncü şəxsin təkində olan canlı və cansızlar başa düşülür.

Alman dilində isə cins kateqoriyası vardır və bu kateqoriya həm canlılara, həm də cansızlara aiddir. Ona görə də üçüncü şəxsin təkində olan canlı və cansızlarla əlaqədar şəxs sonluğunu alman dilində deyərkən cədvəldə verilmiş şəxs əvəzlikləri ilə daha diqqətli olun. Bu elə də çətin deyil.

Amma bunun üçün daha çətin olan şey, cansızların hansı cinsə aid olmasını əzbərləyərək yadda saxlamaqdır. Biz bunu bir qədər ismlərin sonluğu ilə bır qədər də yaddaşımızın gücü ilə öyrənə bilərik. Əgər istəyimiz daha güclü olarsa, biz bunun da öhdəsindən gələrik.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook2Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 1 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir