Print

Alman dilində ismin cinsini necə təyin etmək olar?

26 Bəyənmə Şərh yazmaq

Azərbaycan dilindən fərqli olaraq alman dilində ismlər cinslərə  – kişi, qadın və orta cinslərə görə dəyişir.

Məsələn:

das Haus [ev] – orta cins,
die Fliese [kafel] – qadın cinsi

Alman dilində isimləri cinslər üzrə dəyişən artikillərlə birlikdə öyrənmək lazımdır. Adətən alman dili öyrənənlər isimlərin düzgün cins təyin etməsində əziyyət çəkirlər. Lakin əksər isimlərin  cinsini asan təyin etmək üçün müəyyən əlamətlər vardır. Bu əlamətlər aşağıdakı kriterialar üzrə təyin edilir:

– sözün mənasına görə;
– sözün düzəldilməsinə görə (formaya görə).

1.1. Kişi Cinsi (mənasına görə)

– kişi cinsini bildirən isimlər der Mann (kişi, ər)
– kişi cinsində olan heyvanlar der Bär (ayı)
– yer kürəsinin cəhətləri der Norden (şimal)
– ilin fəsilləri der Sommer (yay)
– ayların adları der Januar (yanvar)
– həftənin günləri der Montag (bazar ertəsi)
– sutka adları der Morgen (səhər), İstisna die Nacht (gecə)
– yağıntı der Regen (yağış)
– minerallar der Granit (qranit)
– daş der Rubin (rubin)
– dağ adları der Harz (Harç dağı)
– göllərin adları der Baikal (Baykal)
– spirtli içkilər der Wodka (vodka), İstisna das Bier (pivə)
– pul vahidləri der Euro (avro), İstisna die Kopeke (qəpik),
die Krone (Krona), die Mark (Marka)
– səma cisimləri der Mond (ay), İstisna die Venus (venera)
– avtomobil markaları der Opel, der BMW

1.2. Kişi cinsi (formaya görə)

Şəkilçilərlə: Misallar
-er der Fahrer (sürücü)
-ler der Sportler (idmançı)
-ner der Gärtner (bağban)
-ling der Lehrling (şagird)
-s der Fuchs (tülkü)
Qeyd:  <-er> şəkilçisini isimlərin kökü ilə birlikdə istifadə edilən <-er> səhv salmayın: die Mutter, die Tochter, das Fenster və s.
– Şəkilçi ilə istifadə olunan əcnəbi sözlər (əsasən canlı isimlər):
-ent der Student (tələbə)
-ant der Laborant (laborant)
-ist der Publizist (publisist)
-et der Poet (şair)
-ot der Pilot (pilot)
-at der Kandidat (namizəd)
-soph der Philosoph (filosof)
-nom der Astronom (astronom)
-graph der Photograph (fotoqrafçı)
-eur der Ingenieur (mühəndis)
-ier der Pionier (pioner)
-ar der Jubilar (yubilyar)
-är der Sekretär (katib)
-or der Doktor (həkim)
Qeyd: <-ent>, <-at>, <-et> şəkilçiləri ilə bitən cansız isimlər həm kişi həmdə orta cinslərdə ola bilər: der Kontinent – das Patent, der Apparat – das Referat, der Planet – das Alphabet.
– Şəkilsiz felin kökündən əmələ gələn isimlər:

der Gang (gehen -dən əmələ gəlir)
der Gruß (grüßen -dən əmələ gəlir)
der Sprung (springen -dən əmələ gəlir), İstisna das Spiel

2.1. Qadın cinsi (mənasına görə)

– qadın cinsini bildirən isimlər die Frau (qadın), İstisna das Mädchen
– qadın cinsində olan heyvanlar die Kuh (inək), İstisna das Huhn (toyuq), das Schaf (qoyun)
– ağac adları die Birke (tozağacı), İstisna  der Ahorn
– güllərin adları die Aster (astra), İstisna der Mohn (lalə), der Kaktus (kaktus)
– giləmeyvə adları die Himbeere (moruq)
– meyvə və tərəvəzlər die Birne (armud), İstisna der Apfel (alma), der Pfirsich (ərik),
der Kohl (kələm), der Kürbis (balqabaq)
– əksər almaniyada yerləşən çaylar die Elbe, die Oder, die Spree, İstisna der Rhein, der Main, der Neckar

2.2.Qadın cinsi (formaya görə)

– Şəkilçi ilə istifadə olunan əcnəbi sözlər:
-in die Laborantin (laborant)
-ung die Übung (çalışma)
-heit die Freiheit (azadlıq)
-keit die Möglichkeit (imkan)
-schaft die Landschaft (landşaft)
-ei die Malerei (rəssamlıq)

 

– Vurğulu şəkilçi ilə istifadə olunan əcnəbi sözlər:
-ie die Chemie (kimya)
-tät die Universität (universitet)
-tion die Station (stansiya)
-ur die Kultur (mədəniyyət)
-ik die Physik (Fizika)
-age die Reportage (reportaj)
-ade die Fassade (fasad)
-anz die Ambulanz (ambulatoriya)
-enz die Existenz (mövcudiyyət)
-e şəkilçi ilə olan əksər isimlər (əsasən də ikihecalı sözlər):

die Liebe (sevgi)
die Kälte (soyuq)
die Hilfe (kömək)
die Lampe (lampa)

Qeyd: alman dilində -e şəkilçisi ilə bitən kişi cinsinə aid isimlərdə mövcuddur: der Kollege, der Russe, der Junge, der Name, der Gedanke, der Käse və əlbətdəki orta cinsdə olan isimlərdə: das Ende, das Interesse, das Auge.

-t şəkilçisinin köməyi olə feldən əmələ gələn isimlər:

die Fahrt (sürmə)
die Kunst (incəsənət)
die Macht (qüdrət)

3.1. Orta cins (mənasına görə)

– uşaqların adları və balaları das Kind (uşaq), das Lamm (quzu)
– metallar və ərintilər das Silber (gümüş), İstisna der Stahl (polad), die Bronze (bürünc)
– kimyəvi elemntlər das Chlor (xlor), İstisna der Schwefel (sera), der Phosphor (fosfor)
– kontinent (das) Afrika, İstisna die Arktis (Arktika), die Antarktis (Antarktika)
– ölkələr (das) Deutschland, İstisna der Iran, der Irak, der Sudan, die BRD,
die Schweiz, die Türkei, die Mongolei, die Ukraine, die USA
– şəhər adaları (das) Moskau, İstisna der Haag
– adaların adları (das) Rügen, İstisna die Krim (Krım)
– fiziki vahidi das Kilowatt (kilovat)
– dillər das Russisch (rus dili)

3.2. Orta cins (formaya görə)

– Aşağıdakı şəkilçilər ilə:
-chen das Mädchen (qız)
-lein das Tischlein (masacıq)
-(s)tel das Fünftel (beşdə bir)
– Əksər aşağıda təqdim olunan şəkilçilər:
-tum das Eigentum (mülkiyyət), İstisna der Reichtum, der Irrtum
-nis das Verhältnis (münasibət), İstisna die Kenntnis, die Erlaubnis
– Şəkilçi ilə istifadə olunan
əcnəbi sözlər (əşya və abstrakt anlayışlar):
-(i)um das Stadium (stadion)
-ett das Kabinett (iş otağı)
-ment das Dokument (sənəd)
-ma das Drama (drama)
-o das Kino (kinoteatr)
Ge- sözönü ilə başlayan isimlər: das Gewässer (sular)
das Gebirge (dağ zənciri)
das Gemälde (rəsm)
– İsimləşmiş məsdər: das Laufen (qaçış) – laufen (qaçmaq)
das Lesen (oxunuş) – lesen (oxumaq)

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.2/5 - (8 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: