Dərs 3.2 — Alman Dilində Modal Fellər

LEKTİON 3.2 – Modalverben

Alman dilində cəmisi aşağıda verilən 6 modal fel mövcuddur:

wollen– istəmək (planlaşdırmaq, etməyə hazır olmaq mənasında)
mögen– xoşlamaq, sevmək, istəmək(münasibət bildirmək mənasında)

müssen– malı, məli (öz istəyi ilə, öz planına uyğun)
sollen– malı, məli (başqasının istəyi ilə, məcbüri və ya xahişə görə)

können– bacarmaq (fiziki və zehni)
 dürfen– bacarmaq (icazəsi olmaq, etməyə ixtiyarı olmaq)

Amma mögen modal felindən əmələ gələn və “istərdim” kimi başa düşülən möchten feli də bu fellər sırasında işlənir və daha çox wollen felinin yerində işlənir, yəni onu əvəz etməklə daha çox etika, nəzakət və felin arzu formasını bildirir.

Fellərin şəxsə görə diyişilməsi zamanı möchten feli də modal fellərin şəxsə görə dəyişilməsi qaydasına tabe olur. Amma bu feli 7-ci modal fel kimi qəbul etmək lazım deyil. Biz gələcəkdə bu felin mögen felinin törəməsi olduğunu biləcəyik.
İndi isə gəlin modal fellərin şəxslər üzrə dəyişilməsi ilə tanış olaq:

modal fellərin şəxsə görə dəyişməsi / təsrifi
Modal fellər şəxsə görə dəyişərkən “sollen” feli müstəsna olmaqla təkdə qalan diqər fellərin kökü dəyişir. Həm də ən çox ona diqqət yetirməliyik ki, 1-ci və 3-cü şəxsin təkində şəxs sonluğu qəbul edilmir, yəni 1-ci və 3-cü şəxsin təki eyni formada olur. Gəlin modal fellərin şəxslərə görə dəyişməsi cədvəlində fikrimizi daha da əyaniləşdirək.

ich
du
er
sie
es
wir
ihr
sie
Sie
will
willst
will
will
will
wollen
wollt
wollen
wollen
mag
magst
mag
mag
mag
mögen
mögt
mögen
mögen
muß
mußt
muß
muß
muß
müssen
müsst
müssen
müssen
soll
sollst
soll
soll
soll
sollen
sollt
sollen
sollen
kann
kannst
kann
kann
kann
können
könnt
können
können
darf
darfst
darf
darf
darf
dürfen
dürft
dürfen
dürfen
möchte
möchtest
möchte
möchte
möchte
möchten
möchtet
möchten
möchten

Modal fellərin əsas fellərdən fərqi odur ki, modal fellər hərəkət bildirmir, sadəcə hərəkətə münasibəti bildirir.
Nümunə:
– Mən alman dilini öyrənirəm.
– Ich lerne deutsche Sprache.
cümləsində «öyrənmək» (lernen) əsas feldir və hərəkət bildirir. Yəni nə etdiyimizi bildirir. İndi isə 2-ci nümunəyə baxaq:

Nümunə:
– Mən alman dilini öyrənmək istəyirəm.
– Ich will deutsche Sprache lernen.
cümləsindəki «istəmək» feli, yəni «wollen» feli hərəkəti deyil, hərəkətə münasibəti bildirir.

modal felli nəqli cümlələr
1. Tərkibində modal fel olan nəgli cümlədə əsasən cümlə üzvlərinin sıralanması aşağıda verildiyi kimi olur:

 

1-ci yerdə
mübtəda
2-ci yerdə
modal fel
3-cü, 4-cü vəsair yerdə
qalan cümlə üzvləri
cümlənin sonunda
əsas felin məsdəri

Nümunə:

 

1-ci yerdəİch 2-ci yerdəwill 3-cü yerdəin Baku 4-cü yerdəDeutsch cümlənin sonundalernen?

Tərcüməsi: – Mən Bakıda alman dili öyrənmək istəyirəm.

modal felli sual cümlələr

Adi sual cümlələrində olduğu kimi tərkibində modal fel olan sual cümlələri də 2 yerə bölünür:

1. Sual sözsüz sual cümlələri
1. Sual sözlü sual cümlələri

modal felli sual sözsüz sual cümlələri

Tərkibində modal fel olan sual sözsuz sual cümlələrində:

1-ci yerdə
modal fel
2-ci yerdə
əsasən mübtəda
3-cü, 4-cü vəsair yerdə
qalan cümlə üzvləri
cümlənin sonunda
əsas felin məsdəri

Fikrimizin təsdiqi üçün yuxarıda verilmiş tərkibində modal fel olan nəqli cümləyə müraciət edək.
Nəqli cümlə

 

1-ci yerdəİch 2-ci yerdəwill 3-cü yerdəin Baku 4-cü yerdəDeutsch cümlənin sonundalernen.

İndi isə bu nəgli cümlədən sual sözsüz sual cümləsi düzəldək:

Sual cümləsi

 

1-ci yerdəWill 2-ci yerdəich 3-cü yerdəin Baku 4-cü yerdəDeutsch cümlənin sonundalernen?

modal felli sual sözlü sual cümlələri
3. Tərkibində modal fel olan sual sözlü sual cümlələrində 1-ci yerdə sual sözü, 2-ci yerdə modal fel, sonra qalan cümlə üzvləri və nəhayət cümlənin sonunda əsas fel məsdər formasında yazılır. Fikrimizi daha da aydınlaşdırmaq üçün nümunə kimi qötürdüyümüz nəgli cümlədən indi isə sual sözlü sual cümləsi düzəldək:

Nəqli cümlə

 

1-ci yerdəİch 2-ci yerdəwill 3-cü yerdəin Baku 4-cü yerdəDeutsch cümlənin sonundalernen.

Sual cümləsi

 

1-ci yerdəWer 2-ci yerdəwill 3-cü yerdəin Baku 4-cü yerdəDeutsch cümlənin sonundalernen?

Tərkibində modal fel olan sual sözlü sual cümləsində cümlə üzvlərinin sıralanması aşağıdakı kimidir:

 

1-ci yerdə
sual sözü
2-ci yerdə
modal fel
3-cü, 4-cü və sair yerdə
qalan cümlə üzvləri
cümlənin sonunda
əsas felin məsdəri

Bu isə o deməkdir ki, bütün cümlə növlərində ancaq və ancaq modal felin yeri dəyişir, əsas fel isə həmişə məsdər formasında cümlənin sonunda yazılır.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook0Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 2 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir