Dərs 3.7 – Əsas fellər

LEKTİON 3.7 – die Grundverben

Əsas fellər deyərkən biz nəyi başa düşməliyik? Bu suala düzgün cavab vermək üçün fellərin təsnifatına / bölgüsünə bir daha fikir verək:

1. köməkçi fellər (haben,sein, werden, tun)
Bu fellər əsasən müxtəlif zaman formalarının düzəldilməsində köməkçi fel kimi istifadə edilir. Çox nadir hallarda onlara əsas fel kimi də rast gəlinir.

2. modal fellər (wollen, mögen, müssen, sollen, können, dürfen)
Bu fellər əsasən hərəkəti deyil, hərəkətə münasibəti /modallığı bildirir. Çox nadir hallarda əsas fel yerində çıxış edir.

3. əsas fellər (bütün qalan fellər)
Bu fellər əsasən hərəkəti bildirir və tam mənalıdır. Zaman formasından, cümlənin Aktivdə və ya Passivdə olmasından asılı olaraq cümlədə bir neçə fel olsa da belə, yenə də onlar əsas fel funksiyasını yerinə yetirir.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook
Facebook
1Share on Google+
Google+
0Tweet about this on Twitter
Twitter
Share on VK
VK
Share on LinkedIn
Linkedin
Bəyənmə sayı: 0 Çapa göndərmək Çapa göndərmək
loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *