- Language Mag - https://language.az -

Dərs 3.8 – Fellərin 3 əsas forması

LEKTION 3.8 – 3 Grundformen der regelmäßigen Verben

Fellərin 3 əsas forması deyərkən nə başa düşülməlidir? Bu suala cavab verməzdən əvvəl onu deyim ki, fellər haqqında danışarkən biz ilkin olaraq onların məsdərini nəzərdə tuturuq. Felin məsdəri dedikdə felin dəyişməmiş hissəsi, yəni şəxsi və zamanı bəlli olmayan forması anlaşılır. Amma təbii ki, biz fellərə həmişə məsdər formada rast gəlmirik. Onlar gah müxtlif şəxslər üzrə təsrif edilmiş, gah da müxtəlif zaman formalarında qarşımıza çıxır. Bu müxtəlifliklər içərisində daha çox lazımlılığına və daha tez-tez rast gəlinməsinə görə fellərin üç əsas forması anlayışı yaranmışdır. Üç əsas forma deyərkən

1. indiki zaman üçün əsas olan məsdər (əsasən III şəxsin təkini yadda saxlayın)
2. nəqli keçmiş üçün əsas olan Präteritum / Imperfek (hər iki ada rast gəlinir)
3. (indiki) bitmiş zaman üçün əsas olan Partizip II
başa düşülür.

Fellərin üç əsas formasından danışarkən deməliyik ki, üç əsas fomanın düzəldilməsi fərqinə görə fellər iki qrupa bölünürlər.

1. die regelmäßige Verben / Qaydalı fellər (dərs 3.9)
2. die unregelmäßige Verben / Qaydasız fellər (dərs 3.10)

Qaydalı fellərin 3 əsas forması
3-Grundformen der Grundverben
1-ci əsas forma: felin təsrifi. Məsələn wohnen – yaşamaq feli

ich wohne
du wohnst
er wohnt
sie wohnt
es wohnt
wir wohnen
ihr wohnt
sie wohnen
Sie wohnen

Məsələn arbeiten – işləmək feli

ich arbeite
du arbeitest
er arbeitet
sie arbeitet
es arbeitet
wir arbeiten
ihr arbeitet
sie arbeiten
Sie arbeiten

2-ci əsas forma: Präteritum /İmperfekt
Fellərin bu əsas forması dərsliklərdə Präteritum və ya İmperfekt adlanır. Präteritum /İmperfekt alman dilində olan 6 zaman formalaraından biridir (nəqli keçmiş). Qaydalı fellər üçün 2-ci əsas formanın, yəni Präteritum /İmperfekt zaman formasının düzəldilməsi qaydası:

Präteritum /İmperfekt     =    Stamm      +   te
Präteritum /İmperfekt     =     felin kökü +   te

lernen leben lieben
kaufen
sagen
fragen
wohnen
telefonieren
reservieren
studieren

lieb + te, kauf + te, sag + te, frag + te, wohn + te, telefonier + te, reservier + te, studier + te

Diqqət! sonu əsasən t,d ilə bitən fellərdə fel kökü ilə -te arasında əlavə olaraq -e hərfi də yazılır. Bu tələffüzü asanlaşdırmağa xidmət edir.
antworten
arbeiten
widmen
arbeit+e+te, widm+e+te

3-cü əsas forma:
3-cü əsas forma deyərkən Partizip II forması başa düşülür. Bu isə əsasən
A. ge sözönü (Präfix) + fel kökü + t,
Məsələn: ge + lieb + t, ge + kauf + t, ge + sag + t, ge + frag + t, ge + wohn + t,

B. sonu əsasən t,d ilə bitən fellərdə isə
ge sözönü (Präfix) + fel kökü + e + t
Məsələn: ge + arbeit + e +t, ge + widm +e + t vasitəsi ilə düzəlir düzəlir,

C.Sonu -ieren ilə bitən fellərdə isə Partizip II formasını düzəltmək üçün ge sözönü əlavə edilmir.
Məsələn: telefonier + t, reservier + t, studier + t və sair.

D. Ayrılmayan sözönləri ilə olan fellərdə də
Məsələn:
besuchen
gebaruchen
erlernen
verbrauchen
zerschellen
entadeln
Partizip II formasını düzəltmək üçün ge sözönü əlavə edilmir.
Məsələn: besuch + t, gebrauch + t, erlern + t, verbrauch + t, zerschell +t, entadel+ t və sair.

Qaydasız fellərin 3 əsas forması
3-Grundformen der unregelmäßigen Verben
Bu fellərin 3 əsas formasını əsassən əzbərləməklə yadda saxlamaq olar.

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

3.6/5 - (5 votes)