Azərbaycan Dilində Heca

Tələffüz edilərkən sözlərin asanlıqla bölünə bildiyi hissələri heca adlanır. Sözdəki hecaların sayı saitlərin sayına bərabər olur. Məsələn, he-sab, şi-ka-yət, is-ti-ra-hət, kö-mək-çi və s. Heca bir saitdən də ibarət ola bilər: məsələn, a-na, ü-rək, Na-i-lə və s. Lakin Azərbaycan dilinə məxsus sözlərdə, əsasən, hecalar bir, iki və ya üç samit səsli olur. Sait səslə bitən heca açıq heca adlanır. Məsələn, al-ma, -kim, ma-ğa-za və s. Samit səslə bitən heca isə qapalı heca adlanır. Məsələn, hə-yat, qə-ləm, sev-gi və s.

Hecaların quruluşu aşağıdakı kimidir:

  1. Azərbaycan dilində, adətən, samit səs özündən sonrakı saitin yaratdığı hecaya daxil olur: hə-rə-kət, da-ya-na-caq.
  2. Sözün ortasında üç samit səs yanaşı gələrsə, adətən, bunlardan ikisi əvvəlki saitə, üçüncüsü isə sonrakı saitə qoşulur: dü-rüst-lük, xoş-bəxt-lik.
    Bəzi hallarda isə bu cür sözlərdə iki sait arasında gələn üç samitdən birincisi əvvəlinci hecaya, qalan ikisi isə sonrakı saitə qoşulmuş halda hecalanır: sen-tyabr, ok-tyabr, ak-tyor.
  3. İki samit səs saitlərin əhatəsindədirsə, bunlardan birinci samit əvvəlki hecaya, ikinci samit isə sonrakı hecaya daxil edilir: dəf-tər, Təb-riz.
  4. Qoşasamitli sözlərdə samitlərin hər biri ayrı-ayrı hecalarda işlənir: gül-lə, ad-dım, toq-qa.
  5. Sözlərin daxilində yanaşı gələn dörd samitdən ikisi əvvəlki saitə, digər ikisi isə sonrakı saitə qoşulur: eks-press, trans-krip-si-ya.
Bəyəndinizsə paylaşın:Share on Facebook2Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 8 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir