Sözlərin sətirdən sətrə keçirilməsi

Sözlər sətirdən sətrə hecalarla keçirilir. Bir saitdən ibarət hecalar istisnadır: ü-rək, a-ta, mət-bə-ə, ma-ne-ə.

Sözü hecalara ayırıb sətirdən sətrə keçirməkdə kök və şəkilçinin rolu yoxdur.

Qoşasamitli sözlər sətirdən sətrə keçirilərkən samitlərdən biri əvvəlki sətirdə saxlanılır, digəri yeni sətrə keçirilir.
Məsələn: doqquz, rəqqas, rəssam.

Köklə şəkilçi birləşməsində iki sait yanaşı gəldikdə araya bitişdirici samit artırılır və həmin samit sonrakı saitə qoşulur: Gəncə-yə, su-yu, ailə-yə.

Mürəkkəb sözlərin tərkibindəki birinci sözün son samitini ikinci sözün yalnız bir saitdən ibarət olan iki hecasına qoşub yeni sətrə keçirmək olmaz. Həmçinin ikinci sözün bir saitdən ibarət olan iki hecasını birinci sözün son samitinə qoşub vahid heca şəklində sətrin sonunda saxlamaq olmaz. Hər bir söz sadə söz kimi hecalara bölünməli və sətirdən sətrə keçirilməlidir: Əziz-ağa, alnı-açıq.

Rəqəmlə yazılan aylara aid şəkilçiləri rəqəmdən ayırıb yeni sətrə keçirmək olmaz: 1992 \\ -ci, 3 \\ -cü, 90 \\ -dan.

Rəqəmlə yazılan miqdar sayının yanındakı ixtisarı və ya faiz işarəsini yeni sətrə keçirmək olmaz: 52 \\ kq, 100 \\ %, 10 \\ m.

Mürəkkəb adların ixtisarlarını hecalara ayırıb sətrdən sətrə keçirmək olmaz: AD \\ PU, A \\ ME \\ A.

Soyadların yanında olan qısaltmaları sətrin sonunda saxlayıb təkcə soyadı yeni sətrə keçirmək olmaz: M. \\ Füzuli, C. \\ Məmmədquluzadə.

Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 3 Çapa göndərmək Çapa göndərmək
loading...
Visit finance blog - efinansowy.eu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir