Print

Dərs 3.13 – Qayıdış felləri

8 Bəyənmə Şərh yazmaq

LEKTION 3.13 – die Reflexivverben

Bu dərsimizdə alman dili qayıdış fellərin öyrənilməsinə başlayırıq. Alman dili qayıdış fellərini başa düşə bilmək üçün gəlin əvvəlcə azərbaycan dilində bunun nə olduğunu yadımıza salaq.

Daha əyani olmaq üçün bir felə müraciət edək. Məsələn yumaq felinə. Biz yumaq felini deyərkən nəyisə yumağı başa düşürük. İndi isə bu feli bir qədər başqa cür işlədək, yəni yumaq formasında deyil, yuyunmaq kimi işlədək. Bu zaman məhz hərəkəti edən şəxs hərəkəti öz üzərində edir. Yəni nəyisə yumağı deyil, məhz özünü yumaq kimi başa düşülür. Bu isə odeməkdir ki, hərəkət icraçının üz üzərinə “qayıdır” və “qayıdış fel” sözü də elə buradan yaranır.

“Qayıdış fel”in düzəlməsi ilə əlaqədar biz burada fonetik olaraq nələrin baş verdiyini görürük, yəni “qayıdış fel” necə düzəlir? Bu sualın cavabını birinci şəxsin təki, yəni “mən” üçün indiki zamanda izah etməyə çalışaq:

1. adi yumaq felinin kökünə yun əlavə edilir (təxminən əmr forması düzəlir), /yuyun/
2. bunun üzərinə indiki zaman şəkilçisi ur əlavə edilir, /yuyunur/
3. daha sonra isə şəxs şəkilçisi am artırılır,  /yuyunuram/.

Beləliklə “qayıdış fel” hazır oldu.

İndi isə alman dilinin qayıdış felləri ilə tanış olaq. Alman dilində qayıdış əvəzliyi sich olaraq qəbul edilmişdir və alman dilində “das Reflexivpronomen” kimi anlaşılır.

Alman dilində “qayıdış fellər” sich qayıdış əvəzliyinin felin əvvəlinə ayrıca olaraq artırılması ilə düzəlir. Yəni, azərbaycan dilinin yumaq feli alman dilinə waschen  kimi tərcümə edildiyini nəzərə alaraq onun “qayıdış formasını”, yəni yuyunmaq formasını düzəltmək üçün waschen felinin əvvəlinə ayrıca yazılmaqla sich qayıdış əvəzliyini artırmaq kifayətdir. Beləliklə,

sich     +     waschen     =     sich waschen

Biz alman dilində “qayıdış felin” düzəldilməsi ilə tanış olduq. Bu isə o deməkdir ki, harada qarşısında sich olan fel görsək, biləcəyik ki, bu qayıdış feldir.

Amma sich qayıdış əvəzliyi şəxslərə görə dəyişilə bilir, yəni təsrif edilir. Deməli, biz onu həmişə sich kimi deyil, başqa formada da görə bilərik. Onun başqa formalarını da tanıya bilmək və ya sich qayıdış əvəzlikli felləri özümüzün də şəxsə görə dəyişə bilməyimiz üçün mütləq sich qayıdış əvəzliyinin təsrifini nəzərdən keçirmək lazımdır.

ich
du
er
sie
es
wir
ihr
sie
Sie
wasche
wäschst
wäscht
wäscht
wäscht
waschen
wascht
waschen
waschen
mich
dich
sich
sich
sich
uns
euch
sich
sich
ich
du
er
sie
es
wir
ihr
sie
Sie
wasche
wäschst
wäscht
wäscht
wäscht
waschen
wascht
waschen
waschen
mir
dir
sich
sich
sich
uns
euch
sich
sich

Fikir verirsinizsə sanki mən iki cədvəl vermişəm, yəni sich qayıdış əvəzliyi iki dəfə təsrif edilmişdir.

Birinci təsrif formasında 1-ci və 2-ci şəxsin təkində sich qayıdış əvəzliyi şəxs əvəzliklərinin Akkusativ halı ilə eynidir.

İkinci təsrif formasında isə 1-ci və 2-ci şəxsin təkində sich qayıdış əvəzliyi şəxs əvəzliklərinin Dativ halı ilə eynidir. Qalan bütün şəxslər üçün hər iki təsrif formasında sich qayıdış əvəzliyi müvafiq şəxslər üzrə eynidir.

O da maraqklı haldır ki, 3-cü şəxsin təkində, cəmində və hörmət mənasında sich qayıdış əvəzliyi ümumiyyətlə dəyişilmir.

Buradan bir sual yaranır ki, nə üçün birinci təsrif formasında 1-ci və 2-ci şəxsin təkində sich qayıdış əvəzliyi şəxs əvəzliklərinin Akkusativ halı ilə, amma ikinci təsrif formasında isə 1-ci və 2-ci şəxsin təkində sich qayıdış əvəzliyi şəxs əvəzliklərinin Dativ halı ilə eynidir.

Yəni nə zaman Akkusativ və nə zaman Dativ halla eyni olmalıdır. Gəlin fikrimizi bir qədər də anlaşıqlı edək və sualı təxminən belə qoyaq:

“Sich” qayıdış əvəzliyi nə vaxt Akkusativdə və nə vaxt Dativdə təsrif edilir?

Bu sualın cavabını isə mən Sizə nümunələrlə bacardığım qədər anlaşıqlı izah etməyə çalışacağam. Baxın əvəlcə mən Sizə azərbaycan dilində nümunə verirəm, yəni belə bir çox sadə cümlə:

1. Mən yuyunuram.
Alman dilində qarışılığı: Ich wasche mich.

Indi isə ikinci nümunə:

2. Mən əllərimi yuyuram.
Alman dilində qarışılığı: Ich wasche mir meine Hände.

Verilmiş iki nümunə cümlədən yəqin ki, Siz özünüz artıq nə isə başa düşdünüz.

Birinci cümlədə Ich wasche mich. – ümumiyyətlə yuyunmaqdan danışılır. Yəni konkret olaraq bədənin hansı hissəsinin yuyulması bəlli deyil.

İndi isə mən daha anlaşıqlı olsun deyə belə deyirəm: Bu cümlədə Akkusativ halda olan Objekt yoxdur, yəni Akkusativ Objekt yoxdur.

QAYDA: Cümlədə Akkusativ Obyekt yoxdursa, bu zaman sich qayıdış əvəzliyiAkkusativdə təsrif edilir.

İndi isə ikinci nümunə cümləyə fikir verin.
Ich wasche mir meine Hände.
Burada konkret olaraq bədənin nahsı hissəsinin yuyulması bəllidir. Yəni, cümlədə Akkusativ Obyekt var.

QAYDA: Cümlədə Akkusativ Obyekt varsa, bu zaman sich qayıdış əvəzliyi Dativdə təsrif edilir.

Alman dilində də azərbaycan dilində olduğu kimi kifayət qədər qayıdış fellər vardır. Mən Sizə daha tez-tez rast gəlinən qayıdış fellərin siyahısını verirəm. Amma unutmayın ki, bunlardan başqa da bir çox qayıdış fellər vardır:

Liste häufiger Reflexivverben

1.
2.
3.
4.
5.
6.
7.
8.
9.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.
21.
22.
23.
24.
25.
26.
27.
28.
29.
30.
31.
32.
33.
34.
35.
36.
37.
38.
39.
40.
41.
42.
43.
44.
45.
46.
47.
48.
49.
50.
51.
52.
53.
54.
55.
56.
57.
58.
59.
60.
61.
62.
63.
64.
65.
66.
67.
68.
69.
70.
71.
72.
73.
74.
75.
76.
77.
78.
79.
80.
81.
82.
83.
84.
sich abarbeiten
sich abjagen
sich abquälen
sich abriegelen
sich absparen
sich abspielen
sich ändern
sich anhören
sich ansehen
sich anziehen
sich ärgern
sich auf klären
sich aufhalten
sich aufhängen
sich aufrichten
sich auskleiden
sich ausruhen
sich ausziehen
sich beeilen
sich bewegen
sich bewerben
sich bewölken
sich bezwingen
sich drängen
sich duschen
sich entscheiden
sich entschließen
sich entschuldigen
sich erhöhen
sich erholen
sich erinnern
sich erkälten
sich freuen
sich fühlen
sich gebieten
sich gedulden
sich gewöhnen
sich grämen
sich hüllen
sich interessieren
sich kämmen
sich klar machen
sich kümmern
sich legen
sich leisten
sich machen
sich mausern
sich melden
sich rasieren
sich schämen
sich schminken
sich schneiden
sich schulen
sich schwächen
sich sehen
sich sehnen
sich trauen
sich treffen
sich überwerfen
sich überzeugen
sich umblicken
sich umdrehen
sich umschauen
sich umsehen
sich umziehen
sich unterhalten
sich verabschieden
sich vergleichen
sich vergnügen
sich verirren
sich verlassen
sich versammeln
sich versichern
sich verstecken
sich versteigen
sich verstellen
sich versuchen
sich versündigen
sich versteifen
sich vertiefen
sich verwahren
sich vorstellen
sich waschen
sich wenden
yorulub əldən düşmək
qaçıb əldən düşmək
özünə zor etmək
qapanmaq
böğazından kəsmıək, özünə qıymamaq
baş vermək
dəyişilmək
dbnləmək
baxmaq, gözdən keçirmək
ürəyinə salmaq
acıqlanmaq
aydınlaşmaq, açılmaq
üstündə dayanmaq, əsəbiləşmək
asılmaq
qamətini düzəltmək/ayağa durmaq
soyunmaq/qiyafəsini çəxarmaq
dincəlmək
soyunmaq
tələsmək
hərəkət etmək
ərizə ilə müraciət etmək
tutulmaq (göy üzü, sifət)
özünü ələ almaq
dürtülmək, soxulmaq
duş qəbul etmək
qərara gəlmək
qəraraə gəlmək
üzr istəmək
artmaq, yüksəlmək
dincəlmək
xatırlamaq
soyuqlamaq
sevinmək
özünü hiss etmək
özünə hakim olmaq
səbr etmək
vərdiş etmək
qəmlənmək/qəm çəkmək
qizləmək/qınına çəkilmək
maraqlanmaq
daranmaq
aydınlaşdırmaq
qayğılanmaq
uzanmaq
özünə rəva görmək
özünə etmək
özəqidəsini dəyişmək
özünü təqdim etmək/büruzə vermək
qırxınmaq
utanmaq
üz-gözünü bəzəmək
özünü yyaralamaq/kəsmək
təhsil almaq
zəifləmək
özünü görmək/hiss etmək
darıxmaq
risk/cürət etmək
qarşılaşmaq/görüşmək
mübahisə etmək
əmin olmaq
ətrafa baxmaq/nəzər salmaq
dönmək, boylanmaq
baxmaq, arxaya baxmaq
baxmaq, arxaya baxmaq
örtülmək (buludlarla)
söhbət etmək, danışmaq
vidalaşmaq
müqayisə etmət/eyniləşmək
razılaşmaq,kifayətlənmək
dolaşmaq, çaşmaq
arxayın olmaq
fikrini cəmləmək, özünü toparlamaq
özünü sığortalamaq
gizlənmək
çox yuxarı qalxmaq, yolunu azmaq
sözünün üstündə istinad etmək
çalışmaq
günahkar olmaq, özünü günaha batırmaq
bərkimək, mətnləşmək
dərinləşmək
özünü müdafiə etmək
özünü təqdim etmək / təsəvvür etmək
yuyunmaq
müraciət etmək

Bütün bu fellərin təsrifi forması izah etdiyimiz qaydaya uyğun olaraq reallaşdırılır. Və beləliklə çox ümid edirəm ki, mən Sizə sich qayıdış fellər və onların təsrifi ilə əlaqədar nələrisə başa sala bildim.

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

5/5 - (1 vote)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: