Dərs 3.14 – Zaman formaları

LEKTİON 3.1 – Das Tempus

Zaman formalarından danışarkən demək lazımdır ki, ümumiyyətlə hərəkət ancaq üç zaman daxilində mövcuddur:

1. indiki zaman
2. keçmiş zaman
3. gələcək zaman

Bu zamanlardan kənar hərəkət yoxdur. Amma grammatik çalarlarına görə bu zamanlar dilçilikdə müxtəlif grammatik zaman formalarına bölünürlər.

Bu isə o deməıkdir ki, hər bir dilin öz qrammatik zaman qanunları və qaydaları vardır. Məsələn alman dilində üç zaman daxilində baş verən hərəkətlərin 6 qrammatik zaman forması mövcuddur:

1. indiki zaman:       cəmisi 1 qrammatik ifadə forması vardır:

Präsens

2. keçmiş zaman:    cəmisi 3 qrammatik ifadə forması vardır:

Imperfekt
Perfekt
Plusquamperfekt

3. gələcək zaman:   cəmisi 2 qrammatik ifadə forması vardır:

Futurum I 
Futurum II

Azərbaycan dilində bu qrammatik zaman formaları Sizə tamamilə aydın olsun deyə azərbaycan dilinin bir felini alman dilinin bu zaman formalaraı üzrə dəyişək. Bu dəyişmə Sizə imkna verəcək ki, alman dilinin hansı zaman forması azərbaycan dilinin hansı zaman forması ilə eyniyyət təşkil edir.

Beləliklə, gəlin azərbaycan dilində olan öyrənmək felini birinci şəxs üçün, yəni mən şəxsi üçün elə azərbaycan dilində alman dilinin qarammatik zaman formaları üzrə dəyişək:

Präsensöyrənirəmİndiki zaman
ImperfektöyrənirdimDavamedici keçmiş zaman
Perfektöyrəndimİndiki bitmiş zaman
Plusquamperfekt öyrənmişdimKeçmişdə keçmiş zaman
Futurum Iöyrənəcə(yə)mQəti gələcək zaman
Futurum IIöyrənəcə(k)ydimQeyri qəti gələcək zaman

Beləliklə, biz alman dilinin qrammatik zaman formaları və onların hansı azərbaycan dili qrammatik zaman formasına uyğun gəlməsinə dair müxrəsər ümumi məlumat əldə etdik. İndi isə həmin zaman formalarının düzəldilməsi və işlədilməsi yerlərin haqqında qaydalar ilə daha yaxından tanış olmaq üçün keçid alırıq 20-ci dərsə, yəni Präsens zaman formasına. Sizə uğurlar.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 0 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir