Fonem. Orfoqrafiya. Orfoqram.

Fonem

Sözün mənasmı dəyişən səs fonem adlanr. Məsələn, tələ – dələ, zaman – saman, dağ – sağ, çağ – bağ – tağ, kal – kol və s.

Dilimizdə dil vahidləri müstəqilqeyri-müstəqil olmaqla iki yerə bölünür. Müstəqil dil vahidləri (söz, cümlə) dilin formalaşmasında aparıcı rol oynayır. Qeyri-müstəqil dil vahidləri isə söz və ya cümlənin (müstəqil dil vahidlərinin) formalaşması vasitəsi kimi çıxış edir. Fonem belə bir qeyri-müstoqil dil vahidlərindən hesab olunur.

Orfoqrafiya acheter viagra au canada. Orfoepiya

Dilçilikdə sözlərin düzgün tələffüz edilməsi qaydalarını öyrənən bölmə orfoepiya adlanır.

Orfoepiyada bəzi səslərin sözün əvvəli, ortası və sonunda səslənməsi, intonasiya, sözlərdə vurğunun yeri, ixtisarların deyilişi və s. öyrənilir.

Dil haqqında elmin sözlərin düzgün yazılması qaydalarını öyrənən bölməsi orfoqrafıya (yunanca orfo – düzgün, qrafo – yazıram deməkdir) adlanır.

Orfoqram

Sözdə düzgün yazılması üçün müəyyən orfoqrafik qayda olan hərflər orfoqram (yunanca orfo – düzgün, qramma – harf deməkdir) adlanır.

Yazı zamanı bəzi sözlərdə müəyyən hərfin seçilməsi çətinlik yarada bilir. Məsələn, [bulut] sözünü yazarkən sözün axırındakı hərf t olmalıdır, yoxsa d? Bu hal üçün belə bir qayda vardır: sonu [d] və ya [t] ilə deyilən sözlərə saitlə haşlanan şəkilçi artırıldıqda hansı samit işlənirsə, həmin hərfı də seçmək lazımdır.

Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 15 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir