Qoşasaitli sözlərin yazılışı və tələffüzü

Dilimizdə bir çox sözlər var ki, onlarda iki sait səs yanaşı gəlir, belə sözlər qoşasaitli sözlər adlanır. Qoşasaitli sözlərin çoxunun deyilişi və yazılışı fərqlənir. Belə sözlərdə sait qoşalığı ya iki eyni saitdən, ya da iki müxtəlif saitdən ibarət olur. Ona görə də sözlərdəki sait qoşalığı iki yerə bölünür: eynicinsli saitlərin qoşalığı, müxtəlifcinsli saitlərin qoşalığı.

Eynicinsli saitlərin qoşalığı.

Eyni sait qoşalığı sözün ortasında, bəzən də sonunda olur. Dilimizdə eyni sait qoşalığı ilə başlanan söz yoxdur.

Eynicinsli qoşa saitlərin tələffüzündə saitlər bir uzun sait kimi tələffuz olunur:

  1. aa [a:] – saat [sa:t], inşaat [inşa:t], camaat [cama:t], maaş [ma:ş], maarif [ma:rif] və s.
  2. əə [ə:]mətbəə [mətbə:], təəccüb [tə:cüb], təəs- süf [tə:ssüf], təəssüb [tə:ssüb], məəttəl [mə:tdəl], əmtəə [əmtə:] və s.
  3. ii [i:]təbii [təbi:], bədii [bədi:] və s.
  4. oo [a:] – eynicinsli qoşa o saiti ilə yazılan sözlər vurğusuz halda həm də uzadılmış [a:] kimi tələffliz olunur: kooperasiya [ka:perasiya], kooperativ [ka:perativ], koordinasiya [ka:rdinasiya] və s.

Qeyd: zoologiya, zooloji sözlərində isə iki [a] şəklində tələffuz olunur [zaalogiya], [zaaloji]. Zooparkzootexnik sözlərinin yazılışı və tələffüzü fərqləmrıir.

Müxtəlifcinsli saitlərin qoşalığı.

Müxtəlif sait qoşalığı isə sözlərin həm əvvəlində, həm ortasında, həm də sonunda olur.

  1. əa [a:] – səadət [sa:dət], fəaliyyət [fa:liyət] və s.
  2. üə [ə:]müəllim [mə:llim], müəyyən [mə:yyən], müəmma [mə:mma], müəssisə [mə:ssisə], müəllif [mə:llif] və s.
  3. üa [a:] – müalicə [ma:licə], müayinə [ma:yinə], müavin [ma:vin], müasir [ma:sir] və s.
  4. Bəzi müxtəlif sait qoşalığı var ki, onların tələffüzü zamanı saitlərin arasına y samiti artırılır: ailə [ayilə], Nailə [Nayilə], Səidə [Səyidə], poema [payema], daima [dayima], zəif [zəyif], təbiət [təbiyət], müdafıə [müdafıyə], radio [radiyo], iaşə [iyaşə], təqaüd [təqayüd], stadion [stadiyon], dialekt [diyalekt], dialoq [diyalok], pediatr [pediyatr], teorem [tiyarem], aksioma [aksiyoma], akvarium [akvariyum], material [materyal], stadion [stadiyon], kardioloq [kardiyaloq], alüminium [alüminiyum], variant [variyant], aerodrom [ayrodrom], aviabaza [avyabaza], şair [şayir], dairə [dayirə], sait [sayit], bais [bayis], qaibanə [qa:yiba:nə], şərait [şərayit], məişət [məyişət], zəif[zəyif], xain [xayin], faiz [fayiz], təbiət [təbiyət], sui-qəsd [suyi-qəst], faciə [faciyə], ibtidai [ibtidayi] və s.
  5. Bəzi müxtəlifcinsli qoşasaitli sözlər var ki, onlarda səs və hərf tərkibi bərabər olur: bəraət [bəraət], sual [sual], aktual [aktual], fauna [fauna], kakao [kakao], xaos [xaos], şücaət [şücaət], şüəra [şüəra], qiraət [qiraət], qənaət [qənaət], məcmuə [məcmuə] və s.
  6. ea hərf birləşməsi [iya] kimi tələffüz olunur: teatr [tiyatır], okean [okiyan] və s.
  7. Bəzi qoşasaitli mürəkkəb sözlərin tələffüzündə də yanaşı gələn saitlərdən birincisi deyilmir, lakin ikincisi uzun tələffüz olunmur: Əliağa [Əlağa], əmioğlu [əmoğlu], əliaçıq [əlaçıx], bacıoğlu [bacoğlu], dayıoğlu [dayoğlu], xalaoğlu [xaloğlu], başıaçıq [başaçıx] və s.

Qeyd: şüarşüa sözlərində ü [u] kimi tələffüz olunur – [şuar], [şua].

Bəyəndinizsə paylaşın:Share on Facebook7Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 35 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir