Dərs 3.17 – İndiki bitmiş zaman

LEKTİON 3.17 – Perfekt

Perfekt deyərkən fellərin “öyrəndim”, “aldım” və sair kimi zaman forması başa düşülür. Bu zaman formasını düzəltmək üçün biz 21-ci dərsdə keçdiyimiz

1. qaydalı fellər
2. qaydasız fellər

bölgüsünü bir daha yadımıza salmalıyıq.

Qaydalı fellər üçün Perfekt zaman formasının strukturu

1-ci yerdə
mübtəda

İch

2-ci yerdə
haben

habe

3-cü, 4-cü, 5-ci …
digər cümlə üzvləri

mein Diplom in Baku

sonda
Partizip II

gemacht.

Verilmi bu nümunə cümlədə fikir verdinizsə habe və gemacht xüsusi qırmızı və qalın şriftlə verilmişdir. Çünki bunlar haqqında ayrıca danışmaq lazımdır.

Haben köməkçi felinin şəxslər üzrə təsrifini biz artıq 9-cu dərsdə öyrənmişik. Bu gün isə əlavə olaraq onu da bildirək ki, elə 9-cu dərsdə izah edildiyi kimi felin   var   mənasından başqa bu köməkçi fel əsasən 3 zaman formasının düzəldilməsində köməkçi fel kimi də işlənir.

qaydasız fellər üçün Perfekt zaman formasının strukturu

Əslində bu da qaydalı fellər üçün olan struktura yaxındır. Sadəcə burada 2-ci yerdə təkcə haben köməkçi feli deyil, həm də sein köməkçi feli də işlənə bilər.

1-ci yerdə
mübtəda
2-ci yerdə
haben və ya sein
3-cü, 4-cü, 5-ci …
digər cümlə üzvləri
sonda
Partizip II

Fikir verirsinizsə istər qaydalı, istərsə də qaydasız fellərin Perfekt zaman strukturunda sonda əsas felin Partizip II forması işlənir.

Bəs Partizip II forması ümumiyyətlə nədir, necə düzəlir və necə işlənir?

Partizip II qaydalı fellər üçün:   =    ge    +    felin kökü    +    t
Partizip II qaydasız fellər üçün: =    ge    +    felin kökü // kökə bənzəri  +  en

Felin Partizip II forması düzəldilərkən 2 halda ge- sözönü əlavə edilmir:

1. Fellər – ieren ilə bitərkən.

Məsələn:

studieren         – studiert
telefonieren     – telefoniert
reservieren      – reserviert
regulieren        – reguliert
konjugieren     – konjugiert

2. Felin əvvəlində ayrılmayan önşəkilçi olarkən.

Məsələn:
besuchen         – besucht
gebrauchen      – gebraucht
erlernen           – erlernt

Bu haqqda sözönləri bəhsində daha ətraflı danışacağıq.

İndi isə indiki bitmiş zaman forması düzəldilərkən nə vaxt haben və nə vaxt sein işlətməyin lazım olduğunu öyrənək.

haben
(təxminən 98% fellər)
1. Bütün qaydalı fellər
2. sich qayıdış əvəzliyi olan fellər
3. seinla işlənməyən qaydasız fellər

sein
(təxminən 2% fellər)

1. hərəkət yerdəyişməsi bildirən fellər, yəni gehen – getmək, kommen –          gəlmək, fliegen – uçmaq və s.
2. vəziyyət dəyiçməsi bildirən fellər, yəni sterben – ölmək, aufstehen – ayağa   durmaq, fallen – yıxılmaq və s.
3. bir grup fellər, yəni werden – olmaq, eintreten – daxil olmaq, sein –          dır/dir/dur/dür, bleiben – qalmaq və s.

İndi isə dediklərimizi əyani olaraq görə bilmək üçün indiki davaedici zamanda və indiki bitmiş zamanda bir neçə nümunələrə müraciət edək.

Ich lerne Deutsch.

Die Studentin kommt an die Tafel.

Ich sehe im Wohnzimmer zusammen mit meinem Bruder einen Film an .

Die aserbaidschanischen Schachspielerspielen heute genug professionell.

Ich habe Deutsch gelernt .

Die Studentin ist an die Tafel gekommen.

Ich habe im Wohnzimmer zusammen mit meinem Bruder einen Film angesehen .

Die aserbaidschanischen Schachspieler habenheute genug professionell gespielt.

Əlavə olaraq, müvafiq nömrə altında verilmiş tapşırıqları yazılı həll etməklə Siz nəzəri olaraq əldə etdiyiniz biliklərinizi praktik olaraq daha da təkmilləşdirə bilərsiniz.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 0 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir