Bəzi saitlərin tələffüzü

  1. Rus və Avropa mənşəli alınma sözlərin bir çoxu o ilə yazılır, [a] kimi tələffüz edilir: proqram [praqram], motor [mator], orijinal [arjinal], Moskva [Maskva], model [madel], monolit [manalitj, monoloq [manalok], kombayn [kambayn], komandir [kamandir], kombinat [kambinat], komediya [kamediya], kolorit [kalarit], portfel [partfel], podnos [padnos], ornament [arnament], orfoqrafıya [arfaqrafıya], qonorar [qanarar] və s.
  2. İkinci hecasındakı saiti [u], bəzən də [ü] ilə deyilən sözlər i ilə yazılır: münbit [münbüt], ümid [ümüd], münsif [münsüf] və s.
  3. Sonu a, ə saitləri ilə bitən çoxhecalı sözlərə saitlə başlayan şəkilçilər qoşulduqda həmin saitlər ahəng qanununa uyğun olaraq tələffüz zamanı [ı], [u], [i], [ü] səslərindən birinə çevrilir, yəni sözün sonundakı açıq saitlər qapalı sait kimi tələffüz olunur:
    1. İsmin yönlük halında: kölgəyə [kölgüyə], arabaya [arabıya], dərəyə [dəriyə], özgəyə [özgüyə] və s.
    2. Felin indiki zamanmda: yaşayır [yaşıyır], işləyir [işdiyir], otlayır [otduyur], bulayır [buluyur] və s.
    3. felin qeyri-qəti gələcək zamanında: işləyər [işdiyər], bulayar [buluyar], söyləyər [söylüyər] və s.
    4. felin qəti gələcək zamanında: yaşayacaq [yaşıyacax], oynayacaq [oynuyacax] və s.
    5. felin arzu və lazım şəklində: yaşaya [yaşıya], işləyə [işdiyə], işləyəsidir [işdiyəsidir] və s.
    6. indiki zaman məzmunlu feli sifətlərdə: yaşayan [yaşıyan], söyləyən [söylüyən] və s.
    7. bir sıra müxtəlif sözlərdə: anayam [anıyam], oynaya [oynuya] və s.
  1. Rus dilindən alınan sözlərdə əgər vurğu o saitinin üstünə düşmüısə, o zaman o saiti [a] kimi tələffüz olunur: motor [mator], kombayn [kambayn], bloknot [blaknot], qonorar [qanarar]. İstisna: bomba, Bombey, botanika.
Bəyəndinizsə paylaşın:Share on Facebook2Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 4 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir