Bəzi saitlərin yazılışı

  1. Qoşasaitli alınma sözlər [a] və ya [o] ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema və s.
  2. U saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri və s.
  3. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif meyil, əsil, şeir və s.
  4. Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet və s.
  5. Əslində birhecalı olub, tələffüzdə çox zaman sonundakı iki samit arasına u və ya ü saiti artırmaqla deyilən sözlər iki cür yazılır:
    1. iki saitlə yazılanlar: qəbir, qədir, eyib, ətir, zehitı, izin, səbir, ömür, isim, nəsil, sətir, sinif, fəsil, fikir, cisim, şəkil, heyif meyil, şeir, əsil.
    2. bir saitlə yazılanlar: qəbz, qəsr, əmr, zülm, nəbz, nəfs, hiizn, həsr, üzv, həbs, kəsr, sədr, mətn, rəhm, iızr, hərf sehr, hökm, hüzn, nəsr, əsl.
  6. Yeni orfoqrafıyada dəyişilmiş sözlər: abveriatura, anten, heyif, hospital, Höte, hüsncamal, hüsnxidmət, hüsnrəğbət, hotel, meyil, şeir, profılaktori, sanatori, şillə, varid olmaq, vaz keçmək, bağırsaq, kompyuter, nəqarət, hərgün- kü, hərgünlü, ala-bəzək (alabəzək quş adı bitişik yazılır), ala-çiy.
Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 0 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir