Print

Bəzi alınma sözlərdə samitlərin yazılışı və tələffüzü

24 Bəyənmə Şərh yazmaq

Bəzi alınma sözlərdə iki saitin arasında gələn qoşa samitlər qoşa samitlə də yazılır: kassa, libretto, operetta, nəqqaş, kəmiyyət, kapella və s.

Sonu qoşa samitlə bitən iki və çoxhecalı alınma sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, proses, sərhəd, hüsnxət və s.

Rus dilində -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari və s.

Bir y ilə yazılan sözlər: tərbiyə, heyət, tövsiyə, təhkiyə, ehtiyac, ehtiyat, mərsiyə, cəfəngiyat, qafıyə, saniyə, şayiə, kinayə, haşiyə və s.

Rus dilində tərkibində ц olan ümumi isimlər ilə yazılır: dosent, konsert, sex, sirk, sement, lisey. Vitse sözü istisnadır.

Rus dilində tərkibində щ olan alınma sözlərin əvvəlində və axırında bir ş, sözün ortasında isə iki ş (şş) yazılır: Şedrin, Şerba, şotka, borş, Vereşşaqin, Quşşin, meşşan və s.

Əsli h samitli alınma sözlər h ilə yazılır: Heyne, hektar, Hegel, hegemon, hidrogen, himn, hospital, hotel və s.

Əsli c samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya və s.

Əsli q samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialektologiya, genezis, general, geologiya, gigiyena, gimnastika, gitara və s.

Bəzi almma sözlərdə v hərfı özünün kar qarşıhğı [f] ilə tələffüz olunur: avtobus [aftobus], avtomat [aftamat], avtoqraf [aftoqraf], əfv [əff] və s.

Səhv sözündə isə h tələffüz zamanı itir, v [f] səsinə çevrilir: səhv [səf].

f samiti bir qrup sözlərdə [v] ilə tələffüz olunur: asfalt [asvalt], kəşf [kəşv], kəşfiyyat [kəşviyat], töhfə [töhvə] və s.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

3.5/5 - (11 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: