Leksikologiya. Sözün leksik və qrammatik mənası.

Bizi əhatə edən aləmdə hər bir əşya, hərəkət, əlamət, hadisə və s. müəyyən bir sözlə ifadə olunur. Bu sözlər dilin lüğət tərkibini təşkil edir.

Dilin lüğət tərkibindəki sözlərin cəmi leksika (yunanca leksis -söz, ifadə deməkdir) adlanır.

Dilçiliyin leksikasını öyrənən bölməsi leksikologiya adlanır.

Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir.

Sözün leksik və qrammatik mənası

Hər bir sözün ifadə etdiyi məna onun leksik mənası adlamr.

Sözlərin leksik mənası izahlı lüğətlərdə verilir. Sözün leksik mənası müxtəlif yollarla izah olunur:

  1. Sözün məzmununu, əlamət və xüsusiyyətlərini izah etməklə: pərvanə – işığa, oda can atan kiçik kəpənək.
  2. Sözə yaxmmənalı sözlər (sinonimlər) seçməklə: xəsis – simic.
  3. Sözə əks mənalı sözlər (antonimlər) seçməklə: sevinc – kədər.
  4. Sözün hissələrini izah etməklə. Bu yolla, əsasən, düzəltmə və mürəkkəb sözlərin leksik mənalarım izah etmək olar. Bədbin – dilimizdə bu söz «ümidsiz, küskün, hər şeyə inamsız baxan, gələcəyə inanmayan» mənasında işlənir. «Bədbin» sözünün əks mənası «nikbin»dir. «Bəd» sözü fars dilində «pis», «bin» isə «görmək» mənasındadır.

Sözün leksik mənası ilə yanaşı qrammatik mənası da olur. Sözün qrammatik mənası onun hansı nitq hissəsi olduğunu, bir nitq hissəsi olaraq hansı xüsusiyyətlərə malik olmasını, hansı sintaktik vəzifə daşıya bilməsini bildirir.

Hərəkət – isimdir, ? sualına cavab verir, sadədir, ümumidir, mücərrədir, mübtəda, tamamlıq və xəbər vəzifəsində işlənə bilər.

Həm əsas, həm köməkçi nitq hissələrinin, həm də şəkilçilərin qrammatik mənası olur.

Leksik məna Söz Qrammatik məna
küləyin gücündən dənizin şiddətlə dalğalanması; tufan, qasırğa fırtına isimdir, sadədir, ümu- midir, cümlədə mübtəda, tamamlıq və xəbər vəzifəsində işlənə bilər

sürətlə getmək, ötüb keçmək

şütümək feldir, sadədir, təsirsizdir, məlum növdədir, məsdər formasındadır
Bəyəndinizsə paylaşın:Share on Facebook2Share on Google+2Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 17 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir