Təkmənalı və çoxmənalı sözlər

Yalmz bir leksik mənası olan sözlər təkmənalı sözlər adlanır. Məsələn: sərçə, dəniz, qırmızı, buzov və s.

Bir neçə leksik mənası olan sözlər çoxmənalı sözlər adlanır.

Çoxmənalı sözlər müəyyən cəhətdən bir-birinə oxşar əşyaları, yaxud hərəkət və əlaməti bildirir. Əlavə mənalar mütləq əsas məna ilə bağlı olur. Sözün çoxmənalı olması, əsasən, onun məcazi mənada işlənməsi ilə yaranır.

üzkitabın üzü, südün üzü, adamın üzü və s.
maşınminik maşını, tikiş maşını, ət maşını və s.
çəkməkipi çəkmək, yol çəkmək, sıxıntı çəkmək və s.
acıacı dərman, acı xatirə, acı söz və s.
getməkşəhərə getmək, fikrə getmək, risqə getmək, sözə getmək, həyatdan getmək və s.
açmaqqapı açmaq, söz açmaq, ürək açmaq, söhbət açmaq, dil açmaq, göz açmaq və s.
başinsanın başı, ağacın başı, dağın başı, bulağın başı, kəndin başı və s.

Çoxmənalı sözlərə dair aşağıdakı sözləri yaza bilərik:

Qol, getmək, çıxmaq, açmaq, baş, kitab, göz, üz, ayaq, boğaz, ağız, burun, boğaz, diş, dil, acı, alçaq, salmaq, udmaq, şirin, düz, yol, maşın, yumaq, getmək, saymaq, kəsmək, bişmək, tutmaq və s.

Dilimizdə çoxmənalılıq fel, isim və sifətlərdə daha çox müşahidə olunur. Azərbaycan dilində, demək olar ki, bütün fellər çoxmənalıdır. Çoxmənalı sözlər eyni nitq hissəsinə aid olur. Çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq zəruri şərtdir. Bu bağlılıq olmadıqda həmin sözlər çoxmənalılıq yox, omonimlik xüsusiyyətini daşıyır.

Bəyəndinizsə paylaşın:Share on Facebook7Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 24 Çapa göndərmək Çapa göndərmək
loading...

“Təkmənalı və çoxmənalı sözlər” yazısı üçün 2 şərh:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir