- Language Mag - https://language.az -

Dərs 4 – Alman dilində İsim

LEKTİON 4 – Substantiv

İsim – konkret və mücərrədliyində olan canlı və cansız varlıqların adıdır. Uyğun oilaraq kim? və nə? suallarından birinə cavab verir. Azərbaycan dilindən fərqli olaraq alman dilində bütün isimlər, yəni canlılar və cansızlar, cümlənin hansı yerində (əvvəlində, ortasında, sonunda) gəlməsindən asılı olmayaraq mütləq həmişə və həmişə böyük hərflə başlanaraq yazılır.

Misal üçün:

Cümlənin əvvəlində:
Die deutsche Sprache ist sehr interessant.

Cümlənin ortasnıda:
Wir lernen die deutsche Sprache hier.

Cümlənin sonunda:
Wir lernen hier die deutsche Sprache.

Alman dilində azərbaycan dilindən fərqli olaraq isimlərin

1. cins kateqoriyası , yəni kişi, qadın və orta cinsi olur.

Eyni zamanda azərbaycan dilində olduğu kimi isimlər

2. ümumi və xüsusi olmaqla bərabər onların da
3. hal kateqoriyası , yəni halları və
4. kəmiyət kateqoriyası , yəni tək və cəmi olur.

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.2/5 - (6 votes)