Sinonimlər

Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın leksik mənaları bildirən sözlər sinonimlər adlanır. Belə sözlər üç və üçdən daha çox oldaqda sinonimlər cərgəsi adlanır. Məsələn,

igid – cəsur – qəhrəman – qoçaq – qorxmaz
gözəl – qəşəng – göyçək – yaraşıqlı
vahid – bir – tək – yalqız – yegaırə
nəm-yaş -islanmış
gödək – alçaq – qısa
var – dövlət – sərvət

Sinonimlər iki yerə bölünür: mütləq sinonimlər, nisbi sinonimlər.

Mütləq sinonimlər hər zaman bir-birini əvəz edə bilir. Onlar bir sözün müxtəlif formalarla adlandırılması nəticəsində yaranır. Məsələn, eynak – çeşmək, bəxşiş – hədiyyə, dad – ləzzət və s. Belə sözlər dubletlər də adlamr.

Nisbi sinonimlər yaxın mənaları bildirir, onların nitqdə, söz birləşmələrində, cümlələrdə bir-birini tam əvəz edə bilməsi hər zaman mümkün olmur. Məsələn, «ürəyim ağrıyır» sözünün yerinə «könlüm ağrıyır» yaxud da «qəlbim ağrıyır» deyə bilmərik. Deməli, bunlar həmişə bir-birini əvəz edə bilmir, ona görə də bunlar nisbi sinonimlər adlamr.

Sinonimlər eyni bir nitq hissəsinə aid olur. Məsələn, yüksək, hündür, uca – sifət; ancaq, lakin – bağlayıcı; cahan, dünya, aləm – isimdir.

Bəyəndinizsə paylaşın:Share on Facebook2Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 4 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir