Antonimlər

Leksik mənaları bir-birinin əksi olan sözlər antonimlər adlanır. Məsələn: yaxşı – pis, uzun – qısa, gecə – gündüz, doğru -yalan, gözəl – çirkin, aşağı -yuxarı və s.

Antonimlər eyni nitq hissəsinə aid olur: gəlmək, getmək- fel; acı, şirin – sifət; sülh, müharibə – isim; cəld, yavaş – zərf və s.

Antonimlər iki yerə bölünür: leksik antonimlər, qrammatik antonimlər.

Leksik antonimlər əksmənalı sözlərdən ibarət olduğu halda, qrammatik antonimlər şəkilçilərin vasitəsilə yaranır, yaxud köməkçi nitq hissələrinin əksmənalılığı əsasında meydana çıxır. Şəkilçilərin də antonimliyi olur. Məsələn, -lı4, -sız4, -araq2, -madan2, -bi, -ba, -na, -lı və s. dadlı – dadsız, yazaraq – yazmadan, biməzə-baməzə və s.

Antonimlik nitq hissələrindən sifətlərdə, fellərdə, zərflərdə, eləcə də isim və saylarda müşahidə olunur. Frazeoloji birləşmələrdə də antonimlik özünü göstərir. Məsələn, xoşu gəlmək – zəhləsi getmək, qanı qaralmaq – kefı kökəlmək və s.

Antonimlərdən ədəbiyyatda bədii təzad da yaratmaq mümkündür.

Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+1Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 1 Çapa göndərmək Çapa göndərmək
loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *