- Language Mag - https://language.az -

Ölümdən öncə necə yaşamalı

Sizləri Steve Jobsun 2005-ci ildə Stanford Universitetin həmin ilin məzunları qarşısında etdiyi çıxışına baxmağa dəvət edirik. TED təşkilatının video bazasının qızıl fonduna daxil olmuş bu lentyazısı “How to live before you die” (Ölümdən öncə necə yaşamalı) adı ilə tarixə həkk olmuşdur. Qeyri-adi həyata sahib olmuş Steve Jobs öz inadkarlığı və entuziazmı ilə həyatda böyük uğurlar qazanmışdır.

Steve Jobs
Steve Jobs

Stiv Cobs, Stiven Paul Cobs (ing. Steven Paul “Steve” Jobs; 24 fevral 1955 – 5 oktyabr 2011) — tanınmış Amerika ixtiraçısı və biznesmeni. O Apple Inc. şirkətinin yaradıcılarından biri, direktorlar şurasının sədri və baş icraçı direktoru idi. Cobs həmçinin Pixar şirkətinin icraçı direktoru idi; 2006-cı ildə Pixar şirkəti The Walt Disney Companynini əldə etdikdən sonra onun direktorlar şirkətinin üzvü olur.

XX əsrin 70-ci illərin sonunda o, Apple Inc.-in digər təsisçiləri olan Stiv Voznyak, Maykl Markkula və digərlərilə birlikdə Apple II seriyalı kommersiya cəhətcə çox uğurlu olan şəxsi kompyuteri layihələndirir, istehsala salır və satışını təşkil edir. 1980-ci illərin əvvəlində isə o Macintoshun yaranmasına gətirib çıxaran interfeys istifadəçisi üçün kompyuter siçanı yaradır.

1985-ci ildə direktorlar şurasında istədiyi dəstəyi ala bilməyən Stiv Cobs Apple Inc.dən gedərək NEXT şirkətini yaradır. Yeni şirkət universitetlər və biznes-strukturlar üçün kompyuter platforması hazırlamağa başlayır. 1996-cı ildə Apple qarşılıqlı razılaşma ilə NEXT şirkətini alır və Jobs yeni konqlomeratın sahiblərindən birinə çevrilir. O həmçinin 1997-ci ildən şirkətin müvəqqəti baş icraçı direktoru olur, 2000-ci ildən isə bu vəzifəyə daimi təyin edilir. 2011-ci ilin avqust ayından icraçı direktor vəzifəsindən gedərək, vəfatına qədər Apple şirkətinin idarə heyətinin sədri olur.

1986-cı ildə o Lucasfilm Ltdnin kompyuter qrafikası bölməsini alır. 1995-ci ildə “Oyuncaqlar trixi” adlı cizgi filmində icraçı direktor kimi iştirak edir. O həmin şirkətin 2006-cı ildə  The Walt Disney Company şirkəti tərəfindən alınana qədər direktoru və səhmlərinin 50,1 faizinin sahibi olur. Həmin alqı-satqıdan sonra o yeni şirkətin 7 faiz səhminə nail olur və direktorlar şurasının üzvü olur.

Stiv Cobs 5 oktyabr 2011-ci ildə Kaliforniyada 56 yaşında xərçəng xəstəliyindən vəfat edir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

5/5 - (1 vote)