Alınma sözlər

Azərbaycan dilinin lüğət tərkibindəki sözlərin əksəriyyəti (əvəzliklərin və fellərin, demək olar ki, hamısı) mənşəyinə görə əsl türk sözləridir, məsələn: dağ, daş, dərə, dəniz, su, yazmaq, bilmək və s.

Bütün dillərdə olduğu kimi, bizim dilimizdə də başqa xalqların dillərindən alınma sözlər çoxdur. Belə sözləri iki qrupa ayırmaq olar.

  1. Ərəb-fars dillərindən alınma sözlər. Məsələn, qanun, əhali, hökm, məhkum, həbs, şair, mərd, şikayət, tarix, əmanət, cinayət, şahid, elan, mötərizə, təmir və s.
  2. Rus və Avropa dillərindən alınma sözlər. Məsələn, avtobus, samovar, traktor, konsert, futbol, direktor, kompas, televizor və s.

Alınma sözlərin çoxu dilimizin qayda-qanunlarına uyğunlaşmamış, özünəməxsus xüsusiyyətlərini qoruyub saxlamışdır. Bunlara aşağıdakılar daxildir:

  1. Əvvəlində qoşa samit işlənmiş sözlər alınma sözlərdir. Məsələn, kran, stansiya, briqada, flora, traktor, ssenari, qrafık, plaş, qrafın, şkaf tramplin, stəkan və s. Bu cür sözlər, əsasən, Avropa mənşəli alınma sözlərdir.

Qeyd: Srağagün əsl Azərbaycan sözüdür.

  1. Tərkibində yanaşı saitlərin işləndiyi sözlər əsl Azərbaycan sözləri deyil. Məsələn, saat, maaş, əmtəə, ailə, sə- adət, zəif, müəllim, sual, bədii, təbii, mətbəə, şair, müavin, şair, maneə və s.
  2. Sözdə uzun tələffüz olunan saitin işlənməsi də alınma sözlərə xas xüsusiyyətdir. Məsələn, arif şölə, tacir, nadir, məna, xəzinə, şöbə, xüsusi, musiqi, sufi, həqiqət, etibar və s.
  3. Sonunda qoşa samit yanaşı gələn sözlər. Məsələn, fənn, həll, bənd, stend, dərd, cəld, fərd və s.

Qeyd: Dörd, qazanc, gülünc, inanc, dinc, qırx, sevinc, yurd kimi sözlər əsl Azərbaycan sözləridir.

  1. Dilimizdə bəzi sözlər (ilan, ilğım, ildırım, işıq, ilıq, inam, inanc, inanmaq, iraq, işarmaq, işartı, işüdamaq, quzey və s.) istisna olmaqla, ahəng qanununa tabe olmayan sözlər almma sözlərdir. Məsələn, mehriban, yadigar, səadət, mərifət, mahir, əlifba, siyasət və s.
  2. Tərkibində j samiti olan sözlər alınma sözlərdir. Məsələn, Jalə, jurnal, masaj, mesaj, müjdə, əjdaha, janr, qaraj, jaket, Əjdər, montaj və s.
  3. Tərkibində r samiti olan sözlər alınma sözlərdir. Məsələn, reyhan, rels, relyef, rəhmət, rəqs, rəsm, rəhm, real, rezin, rota, ruhani, rəvan, rahat, razı, rəssam, rəf, rütbə, rəndə və s.
  4. Vurğusu son hecaya düşməyən sözlər alınma sözlərdir. Məsələn, opera, poeziya, ofıs, leksika, fırma, norma, klinika və s.

Qeyd: Bayaq, bildir, dünən, necə, niyə, ancaq, yalnız, sanki kimi əsl Azərbaycan sözləri istisnadır.

  1. Qoşa yy samitli sözlərin hamısı alınma sözlərdir. Mosələn, xasiyyət, ədəbiyyat, riyaziyyat, hədiyyə, cəmiyyət, məsuliyyət və s.
  2. q ilə yazılıb k’ ilə tələffüz olunan sözlərin çoxu alınma sözlərdir. Məsələn, üfüq, şəfəq, hüquq, əxlaq, eşq, uşiq, vərəq, ittifaq, müstəntiq, natiq və s.
  3. Sonu o, ö, e saitləri ilə bitən sözlər alınma sözlərdir. Məsələn, büro, təvazökar, sənaye, mane, qane, forte, retro, metro, piano, mürtəce və s.
  4. Ön şəkilçili sözlər alınma sözlərdir. Məsələn, laməkan, laqeyd, naməlum, naşükür, bikef, baməzə, narahat, basəfa, anormal, bivəfa, nalayiq, nanəcib, bisavad, biədəb və s.

Qeyd: Nacinsnakişi sözləri istisnadır. Çünki bu sözlərin kökləri öz sözlərimizdir. Lakin ön şəkilçilər alınmadır.

  1. Sonu eynicinsli qoşa samitlə bitən təkhecalı sözlər alınma sözlərdir. Məsələn, həll, sədd, haqq, həzz, qəşş, küll, rədd, həcc, xətt, şəkk, zidd və s.
  2. Sonu at, ət şəkilçisi ilə bitən bütün sözlər alınma sözlərdir. Məsələn, məlumat, təbliğat, tələbat, təşkilat, heyvanat, hesabat, mühasibat və s.
  3. Fleksiyaya uğrayan sözlər (kökü içəridən dəyişən) alınma sözlərdir. Məsələn, şeir – şair, elm – alim – üləma, şəkil – təşkil – mütəşəkkil, eşq – aşiq – məşuq – məşuqə, nəsr – nasir – mənsur, şərik – iştirak – müştərək və s.
  4. Vaxtilə apastrofla yazılmış sözlər alınma sözlərdir. Məsələn, bəzən, şölə, mötəbər, etibar, tətil, mədən, bəzi, əla, məna, elan, etiraz və s.
  5. Elm, təhsil, din, ilahiyyat, şəriətlə bağlı sözlərin çoxu ərəb və fars dilindən alınma sözlərdir. Məsələn, alim, elm, zəka, təlim, tədris, məktəb, məktub, savad, qələm, kitab, katib, dəftər, tabaşir, lövhə, mədrəsə, sinif, dərs, müəllim, həcc, zəkat, müsəlman, molla, imam, azan, məscid, axirət, peyğəmbər, rəbb, Allah, ilahi, oruc, tövbə, zülm, zalım, ibadət, zəkat, behişt, cəhənnəm, cənnət, mələk, şeytan, dəstəmaz, səcdə, nizam, nəsr, təcrübə, tarix, fəlsəfə, fikir, təfəkkür, ruhani, rəhmət, dua, məşədi, axund və s. Bu sözlər içərisində dilimizin qayda-qanunlanna uyğunlaşan, ahəng qanununu pozmayan sözlər vardır ki, onları fərqləndirmək çətin olsa da, lakin bunlar əslən ərəb-fars mənşəli alınma sözlərdir.

Fars dilindən alınma elə sözlər var ki, onlar dilimizdə düzəltmə sözlər kimi işlənsə də, əslində, bunların şəkilçiləri fars dilində müstəqil leksik mənası olan sözlərdir. Məsələn, kitabxana, sənətkar, əməkdar, zəhmətkeş, saatsaz sözlərində fars dilində kar – «iş», xana – «ev», keş – «sərin», dar – «malik olmaq», saz – «düzəldən» mənalarını bildirir.

Dilimizdə elə alınma sözlər var ki, sözün yarısı bir dilə, yarısı başqa dilə məxsusdur. Məsələn, qanunpərəst sözündə qanun – ərəb, pərəst – fars; çayxana sözündə çay – çin, xana – fars dilindən alınmadır.

Alınma sözlərin bir çoxu dilimizin ümumişlək sözləriııə çevrilmişdir və onları öz sözlərimizdən fərqləndirmək çətindir. Məsələn: kitab, şagird, qələm, məscid, namaz, çay, teatr, din, xoruz və s.

Alınma sözlərin bir qismi dünya xalqlarının çoxunun dilində işlədilir. Belə sözlər beynəlmiləl sözlər adlanır. Məsələn, firma, biznesmen, parlament, deputat və s.

Bəyəndinizsə paylaşın:Share on Facebook3Share on Google+1Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 15 Çapa göndərmək Çapa göndərmək
loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *