Print

Dərs 4.6 – Hal Kateqoriyaları

8 Bəyənmə Şərh yazmaq

LEKTİON 4.6 – die Fälle

Hal kateqoriyası nədir?
– Hal kateqoriyası dedikdə isimlərin müxtəlif hallarda olması başa düşülür.

İsimlər niyə müxtəlif hallarda olurlar?
– İsimlər müxtəlif hallarda olmasına alman dilində yalnız 2 (iki) səbəb var:

1. Fellər
2. Önlüklər

Alman dilində də bütün dillərdə olduğu kimi isimlər müxtəlif hallarda olurlar. Alman dilində cəmisi 4 hal vardır:

NOMİNATİV     – ADLIQ HAL
GENİTİV            – YİYƏLİK HAL
DATİV                – YÖNLÜK HAL
AKKUSATİV     – TƏSİRLİK HAL

Biz ikinci dərsimizdə, yəni cins kateqoriyası bəhsində alman dili isimlərinin bir sıra başqa dillərdə olduğu kimi 3 cinsə bölündüyündən artıq danışmışdıq. Azərbaycan dilində ismin sonluğu ilə halları təyin etmək olur. Məsələn:

ADLIQ HAL           ata             sualı: kim? nə? 
YİYƏLİK HAL      atanın         sualı: kimin? nəyin? 
YÖNLÜK HAL      ataya         sualı: kimə? nəyə? 
TƏSİRLİK HAL     atanı          sualı: kimi? nəyi? (nə?) 

Bu nümunə dediklərimizin sübutudur, yəni ismin sonu dəyişməklə isim haldan-hala düşür. Alman dilində isə ismin özü çox az hallarda dəyişir, hallar üzrə əsasən artikl dəyişir. Gəlin dediklərimizi müəyyəngeyri müəyyən artikllərdən istifadə etməklə bir neçə nümunə üzərində göstərək:

FELLƏRİN HAL TƏLƏB ETMƏSİ
Alman dilində fellər ya birbaşa hər hansı halı və ya halları, ya da özündən sonra önlük və bundan sonra yenidən hər hası bir halı tələb edirlər.
Önlüklə və ya önlüksüz olaraq müəyyən hal tələb etməsi xüsusiyyətinə görə fellər 3 qrupa bölünürlər:

1. imtiyazlı fellər
2. birbaşa hal tələb edən fellər
3. ixtiyari önlük və sonradan hal tələb edən fellər

1. İMTİYAZLI FELLƏR
Bir sıra dərsliklərdə imtiyazlı fellərə daimi önlüklərlə işlənən fellər də deyilir. Təssüf ki, belə fellərin ən işlək olanlarını ilk anda, digərlərini isə tədriclə əzbərləmək lazım gəlir. Bu ona görə lazımdır ki, bizə ilk dəfə rast gəlinən felin imtiyazlı olub-olmaqığını bilək. Əgər fel imtiyazlı deyilsə deməli, ya 2-ci, ya da 3-cü qrupa daxildir.

2. BİRBAŞA HAL TƏLƏB EDƏN FELLƏR
Bu qrupa daxil olan fellərdən ya Dativ halın (wem? – yəni kimə? nəyə?),ya da Akkusativ halın (wen? – yəni kimi? nəyi?) suallarını vermək olur. Bu isə o deməkdir ki, həmin fellər uyğun olaraq (wem? – yəni kimə? nəyə?), Dativ (wen? – yəni kimi? nəyi?) Akkusativ halı tələb edirlər.

Nümunələrə baxaq:

helfen – kömək etmək
ähnlich sein – oxşamaq

Bu fellərdən Dativ halın sualını (wem?) – yəni (kimə?, nəyə?) vermək olur. Bu isə o deməkdir ki, bu fellər Dativ halını tələb edirlər.

Daha başqa nümunələr:

lernen – öyrənmək
sehen – görmək
lieben – sevmək

Bu fellərdən Akkusativ halın sualını (wen?) – yəni (kimi?, nəyi?) vermək olur. Bu isə o deməkdir ki, bu fellər Akkusativ halını tələb edirlər.

3. İXTİYARİ ÖNLÜK və sonradan hal tələb edən fellər
İmtiyazlı fellər qrupuna aid olmayan və istər Dativ, istərsə də Akkusativ halın suallarına cavab verməyən fellər isə 3-cü qrupa daxil olmaqla ixtiyari önlük və sonradan hal tələb edən fellər qrupuna daxildir.

Nümunələrə baxaq:

schlafen – yatmaq
sitzen – oturmaq
studietren – təhsil almaq

Bu fellərdən çıxış edərək nə Dativ hala aid (wem?) – yəni (kimə?, nəyə?), nə də Akkusativ hala aid (wen?) – yəni (kimi?, nəyi?) suallarını vermək olmur.

Biz bu fellərin əminliklə imtiyazlı fellər qrupuna aid olmadığını bildikdən sonra bu fellərin məhz ixtiyari önlük və sonradan hal tələb edən fellər qrupuna aid olduğu müəyyənləşir.

İmtiyazlı fellər qrupuna aid olan fellər müstəsna olmaqla qalan fellərin hansı halları daha çox tələb etməsi ardıcıllığını təxminən belə göstərmək olar:

Dativ və Akkusativ halları    –   ən çox
Nominativ halı                      –   çox nadir hallarda
Genitiv hali                           –   rast gəlinmir.

DİQQƏT!!! Fellərin imtiyazlı fellər qrupuna aid olmadığını əminliklə bildikdən sonra onların: birbaşa hal və ya önlük və sonradan hal tələb edən fellər qrupuna aid olmasını müəyyən etmək üçün yalnız Dativ (wem?) və Akkusativ (wen?, was) hallarına müvafiq sualları verin! Deməli, bir daha yadda saxlayaq ki, bu suallarla işlənən fellər aid olduğu müvafiq halı tələb edir, bu sualla işlənə bilməyən fellər isə ixtiyari önlük + hal qrupuna aiddir!!

 

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: