- Language Mag - https://language.az -

Dərs 4.8 – Alman dilində yiyəlik hal

LEKTİON 4.8 – der GENİTİV

İsimlərin yiyəlik halı deyərkən əsasən mənsubiyyət bildirilir, yəni nəyinsə kimə, nəyinsə nəyə aid/mənsub olduğu bildirilir. Bu halın sualları canlılar üçün kimin? və cansızlar üçün nəyin? olduğu halda, alman dilində həm canlılar və həm də cansızlar wessen? olur.

Kişi və orta cinsli isimlərin Genitiv halı təkdə müəyyən artikillər 2 üsulla düzəlir:

– zəif hallanma üzrə
– qüvvətli hallanma üzrə

ZƏİF HALLANMA
Bu hallanma növünə konkret sonluqlarla olan kişi cinsli isimlər daxildir. Bu sonluqlar aşağıdakılardır:

-e, -ent, -ant, -ad, -nom, -log, -graf, -arch, -ist

Eləcə də bir neçə soluğu olmayan kişi cinsli isimlər də bu hallanma növünə daxildir.

Mensch, Held, Herr, Bär, Nachbar, Architekt, Philosoph, Poet, Zar

einige Völkernamen:
der Bayer, der Pommer, der Ungar … (+n)
der Tatar, der Kroat, der Barbar … (+en)

und einige Sachnamen:
Planet, Komet,  Satellit

Bu hallanmada müəyyən artikl təkdə ümumi qayda üzrə hallanır. İsmin özü isə NOMİNATİV haldan başqa bütün digər hallarda -(e)n sonluğu qəbul edir. Məhz bu əlamətinə görə zəif hallanma adlanır.

QÜVVƏTLİ HALLANMA
Bu hallanmaya kişi və orta cinsli isimlər daxil olur (zəif hallanmaya aid olan kişi cinsli isimlərdən başqa). Bu hallanmanın əsas əlaməti GENITIV halda isimlərin sonuna – s – və ya – es – sonluğunun artırılmasıdır.

– s – sonluğu çoxhecalı,
– es – sonluğu təkhecalı isimlərə artırılır.

İndi isə bir neçə nümunəyə baxaq:
das Fenster və der Lift isimlərində fikir versək görərik ki, das Fenster çoxhecalı, der Lift isə təkhecalıdır. Yəni GENİTİV halda həmin isimlər aşağıdakı kimi olacaq:

GENİTİV: des Fensters 
GENİTİV: des Liftes

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.5/5 - (2 votes)