Dərs 4.9 – Alman dilində yönlük hal

LEKTİON 4.9 – der Dativ

İsmin yönlük halı kimə?, nəyə? və ya haraya? suallarından birinə cavab verir.

Yönlük hal:
1. fellərdən objektə verilən sualların yuxarıda verilmiş suallardan birinə uyğun olması və ya
2. Önlüyün yönlük hal tələb etməsi nəticəsində işlənilir.

Yönlük hal da əsasən digər hallar kimi artikl, yiyəlik əvəzliyi, işarə əvəzliyi, sual əvəzliyi və ya digər izləyici sözlərlərin müvafiq olaraq yönlük halda yazılması ilə ifadə edir.

MÜƏYYƏN ARTİKLLƏR
təkdə NOMİNATİVDATİV halda

NOMİNATİV

der Tisch – stol
der Kuli – diyircəkli qələm
der Wagen – avtomobil
der Student – tələbə
der Schüler – şagirddas Hotel – hotel, mehmanxana
das Zimmer – otaq
das Buch – kitab
das Heft – dəftər
das Kind – uşaq

die Stadt – şəhər
die Post – poçt
die Nummer – nömrə, hoteldə otaq
die Schule – məktəb
die Tür – qapı

DATİV

dem Tisch
dem Kuli
dem Wagen
dem Student
dem Schülerdem Hotel
dem Zimmer
dem Buch
dem Heft
dem Kind

der Stadt
der Post
der Nummer
der Schule
der Tür

Cədvəldən də göründüyü kimi kişiorta cinslər üçün DATİV hal eynidir. Bu yalnız müəyyən artikllər üçün deyil, ismin əvvəlində işlənən bütün izləyici sözlər üçün də eynidir. İndi isə digər izləyici sözlərlə (qeyri müəyyən artikl, inkar əvəzliyi,yiyəlik əvəzliyi, işarə əvəzliyi, sual əvəzliyi və s.) NOMİNATİVDATİV hallar üçün cədvəl quraq:

NOMİNATİV
ein//kein//mein//dieser//welcher
Tisch – stol
Kuli – diyircəkli qələm
Wagen – avtomobil
Student – tələbə
Schüler – şagird

ein//kein//mein//dieses//welches
Hotel – hotel, mehmanxana
Zimmer – otaq
Buch – kitab
Heft – dəftər
Kind – uşaq

eine//keine//meine//diese//welche
Stadt – şəhər
Post – poçt
Nummer – nömrə, hoteldə otaq
Schule – məktəb
Tür – qapı

DATİV
einem//keinem//meinem//diesem//welchem
Tisch
Kuli
Wagen
Student
Schüler

einem//keinem//meinem//diesem//welchem
Hotel
Zimmer
Buch
Heftdəftər
Kind

einer//keiner//meiner//dieser//welcher
Stadt
Post
Nummer
Schule
Tür

İndi isə isimlərin cəmdə DATİV halı üçün cədvələ baxaq. Bilməliyik ki, isimlərin cəmdə cinsi olmur. Yəni bütün isimlər cəmdə olarkən onları geyri müəyyən artikklə, jeder,jedes, jede kimi təklik bildirən izləyici sözlərlə işlətmək olmaz. Bu zaman yalnız cəmdə işlədilməsi mümkün olan izləyici sözlər ismin əvvəlində gələ bilər. Fikrimizi cədvəldə göstərək:

NOMİNATİV
die//keine// meine//diese// welche
Tische – stollar
Kulis – diyircəkli qələmlər
Wagen – avtomobillər
Studenten – tələbələr
Schüler – şagirdlər

Hotels – hotelllər
Zimmer – otaqlar
Bücher – kitablar
Hefte – dəftərlər
Kinder – uşaqlar

Städte – şəhərlər
Posten – poçtlar
Nummern – nömrələr
Schulen – məktəblər
Türen – qapılar

DATİV
den//keinen// meinen//diesen// welchen
Tischen
Kulis
Wagen
Studenten
Schülern

Hotels
Zimmern
Büchernr
Heften
Kindern

Städten
Posten
Nummern
Schulen
Türen

DİQQƏT! Bu zaman bir şeyə fikir verin ki, isimlər cəmdə olarkən somunda n və s olmayan bütün isimlərə mütləq cəmdə DATİVdə əlavə n sonluğu artırılır.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 1 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir