Yeni sözlər (neologizmlər)

Cəmiyyətin inkişafı nəticəsində bəzi məfhumların və onları bildirən sözlərin köhnəlib aradan çıxdığı kimi bir sıra yeni məfhumlar və bunları bildirən yeni sözlər də yaranır ki, bunlar da neologizmlər adlanır.

Leksikada yaranan yeni sözlər və ya neologizmlər (yunanca neos -yeni, loqos – söz deməkdir) ən çox elm və leksikanın inkişafı ilə bağlıdır. Məsələn, maqnitofon, kompüter, printer, skaner, özəlləşdirmə, soyqırım, nəfəslik, işbirliyi, soykökü, yayım, cangüdən, çağdaş, bölgə, açıqca, soyad, soydaş, durum və s.

Neologizmlərin bir hissəsi başqa dillərdən alınma yolla yaranır. Məsələn, kompüter, mer, faks, menecer, biznesmen, ekologiya, spiker, investisiya, birja, distribüter, internet və s.

Bir sıra neologizmlər isə dilin öz daxili imkanları hesabına yaranır.

Neologizmlər bir müddət dildə işlənəndən sonra öz yeniliyini itirir və lüğət tərkibindəki adi sözlərdən seçilmir. Məsələn, bir vaxtlar neologizm hesab olunan telefon, təyyarə, radio, vertolyot və s. sözlər indi neologizm hesab edilmir.

Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 16 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir