Dialekt (şivə) sözləri

Dialekt sözləri yalnız bəzi rayon və kəndlərdə yaşayanların işlətdiyi sözlərdir. Məsələn: hancarı (necə), nimdər (döşəkcə), əppək (çörək) və s.

Dialekt sözlərin ədəbi dildə qarşılığı vardır. Məslən, lapdan (dialektdə) – birdən (ədəbi dildə), cəviz (dialektdə) qoz (ədəbi dildə), maş (dialektdə) – lobya (ədəbi dildə), əlləşmək (dialektdə) – savaşmaq (ədəbi dildə), qənbər (dialektdə) – daş (ədəbi dildə) və s.

Dilimizdə elə dialekt sözlər olub ki, onlar bir müddət sonra ümumişlək sözə çevrilib. Məsələn, sayrışmaq, tərəcə, qəlbi, qənşər və s.

Dialekt sözləri ədəbi dilin lüğət tərkibinə daxil deyil. Onlar ədəbi dilin ümumişlək olmayan sözlərindən bir qrupu kimi götürülür.

Dialekt sözləri məişət üslubunda işlənir.

Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 11 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir