Dərs 5 – Alman dilində Sifətlər (adi dərəcə)

LEKTİON 5 – Der Positiv

Alman dilində sifətlərin 3 dərəcəsi vardır:

1. Adi dərəcə \ der Positiv
2. Müqayisə dərəcəsi \ der Komparativ
3. Üstünlük dərəcəsi \ der Superlativ

Sifətin adi dərəcəsi o zaman işlədilir ki, müqayisə olunan obyektlər arasındakı xüsusiyyət, əlamət və keyfiyyətlər eyni olsun.
Sifətin adi dərəcəsini düzəltmək üçün lazım olan “instrumentlər“:

  • 1-ci tərəf üçün genau so,
  • 2-ci tərəf üçün isə wie işlədilir.

Tərəflərin arasında olan xüsusiyyət, əlamət və keyfiyyət göstəricisi olan sözlər isə genau so və wie instrumentləri arasında yazılır. Gəlin fikrimizi nümunələrlə göstərək:

Sie ist ein genau so kluges Mädchen wie ihr Bruder.
O da eynən qardaşı kimi ağıllı bir qızdır.

Die deutsche Sprache ist genau so interessant wie die aserbaidschanische Sprache.
Alman dili də azərbaycan dili kimi maraqlıdır.

Burada fikir verin ki, müqayisənin tərəfləri, hər ikisi Nominativ halda olur.

Müqayisənin instrumentləri arasında xüsusiyyət, əlamət və keyfiyyət göstəricisi olan sözlər işlədilməyə də bilər:

İch bin genau —- so wie du.
Mən də eynən —- sənin kimiyəm.

Tərəflər arasında eyni xüsusiyyət, əlamət və keyfiyyət istər sifətlə, istərsə də zərfliklə verilə bilər.

Er geht genau so schnell wie seine Schwester.
O da eynilə bacısı kimi sürətlə gedir.

Ich wohne genau so weit wie mein Freund.
Mən də eynən dostum kimi uzaqda yaşayıram.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 3 Çapa göndərmək Çapa göndərmək
loading...

“Dərs 5 – Alman dilində Sifətlər (adi dərəcə)” yazısı üçün 1 şərh:

  1. Salam.Gözel siz alamnca online dersliler hazir etmeye chalishirsiniz,men ozum artiq bir ildiki alman dilini oyrenmeye chalishiram,chox zaman sizin online dersliklere uz tuturam ancaq mene tek bu derslikler yeterli olmur mecbur qaliram ingilis ve ya turk dilinde olan sehifelere uz tutum sebeb ise yalnishliqlarin olmasidir.Movzunu tertib edende diqqetli olun,insanlari sehf yonlendirmeyin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir