Dilimizdə dörd cür, iki cür və bir cür yazılan şəkilçilər vardır.
Dörd cür yazılan şəkilçilərin tərkibində qapalı saitlər -ı, i, u, ü iştirak edir. Dörd cür yazılan şəkilçilərin üzərində 4 yazılır.
Dörd cür yazılan şəkilçilər:
- -in, -ın, -un, -ün = -in4;
- -dı, -di, -du, -dü = -dı4;
- -çı, -çi, -çu, -çü = -çı4;
- -lı, -li, -lu, -lü = -lı4;
- -sız, -siz, -suz, -süz = -sız4 və s.
İki cür yazılan şəkilçilərin tərkibində a və ə açıq saitləri iştirak edir. Digər açıq şəkilçilər, yəni e, o, ö öz sözlərimizin son hecalarında işlənmədiklərindən, şəkilçilərdə də iştirak edə bilmir. İki cür yazılan şəkilçilərin üzərində isə 2 yazılır.
İki cür yazılan şəkilçilər:
- -ma, -mə = -ma2;
- -da, -də = -da2;
- -lar, -lər = -lar2;
- -ar, -ər = -ar2;
- -acaq, -əcək = -acaq2; və s.
İki cür və dörd cür yazılan şəkilçilər kökə ahəng qanununun tələbinə uyğun olaraq qoşulur. Məsələn: qapıçı, biçinçi, odıınçu, üzgüçü, qazma, çəkmə və s.
Bir cür yazılan şəkilçilər: –dar, -keş, -saz və s.
Bir cür yazılan şəkilçilər ahəng qanununa tabe olmur. Məsələn, -daş şəkilçisi qoşulduğu sözün saitindən asılı olmayaraq bir cür yazılır: əməkdaş, çağdaş, yoldaş, yurddaş və s. Bir cür yazılan şəkilçilərin çoxu dilimizdə alınma sözlərin şəkilçiyə çevrilməsi nəticəsində əmələ gəlmişdir: -kar, xana, -keş, -dar, -pərvər, -pərsst və s.
Şəkilçilər birhecalı (-ı4, -ın4, -dı4, -lı4, -ar2, -lar2 və s.) və ikihecah (-ası2, -acaq2, -dıqda4, -ımtrf4, -mcı4 vo s.) olur.
Sözə saitlə başlanan şəkilçi qoşulduqda həm sözün, həm də şəkilçinin heca quruluşunda dəyişiklik baş vermir. Məsələn: ki-tab – ki-ta-bın, ağ – a-ğım-tıl, a-dam – a-da- ma, gəl – gə-lə-cək və s.
Saitlə qurtaran sözə saitlə başlayan şəkilçi qoşulanda sözlə şəkilçi arasında y, n, s bitişdirici samitləri əlavə olunur: oxuyacaq, işləyəcək, dalğanın, körpünün, bacısı və s.