Dərs 5.4 – Sifətlərin zəif hallanması

LEKTİON 5.4 – schwace Deklination der Adjektive

Sifətlər aşağıdakı artikl və ya izləyici sözlərlə zəif hallanma üzrə hallanır:

TƏKDƏ

1. müəyyən artikldən sonra: der, das, die
2. işarə əvəzliklərindən sonra: dieser, jener, dieses, jenes, diese, jene
3. sual əvəzliyindən sonra: welcher, welches, welche

4. qeyri-müəyyən əvəzlikdən sonra:

kişi cins: jeder, solcher, derjenige, derselbe
orta cins: jedes, solches, dasjenige, dasselbe
qadın cins: jede, solche, diejenige, dieselbe

Zəif hallanmaya dair nümunələr baxaq:

KIŞI CINS
Nominativ: der fleißige Schüler
Genitiv: des fleißigen Schülers
Dativ: dem fleißigen Schüler
Akkusativ: den fleißigen Schüler

ORTA CINS
Nominativ: das schöne Bild
Genitiv: des schönen Bildes
Dativ: dem schönen Bild
Akkusativ: das schöne Bild

QADIN CINS
Nominativ: die gelbe Blume
Genitiv: der gelben Blume
Dativ: der gelben Blume
Akkusativ: die gelbe Blume

Cədvəllərdən də gördüyünüz kimi təkdə sifətlər zəif hallanarkən Nominativdə bütün cinslər üçün Akkusativdə isə orta və qadın cinslər üçün sifətlər -e sonluğu, qalan digər hallarda isə -en sonluğu alır.

Başqa sözlə ifadə etsək, izləyici sözlər Nominativdə olduğu kimi olan hallarda sifətin sonluğu – e Nominativdə olduğu kimi olmadıqda isə sifətin sonluğu – en olur.

Dasselbe, derselbe, dieselbe, derjenige, dasjenige, diejenige əvəzlikləri ilə hallanarkən həm artikl, həm də artiklə bitişik yazılan –selbe və -jenige sözləri də paralel olaraq hallanır.

KIŞI CINS
N. derselbe Mann
G. desselben Mannes
D. demselben Mann
A. denselben Mann

ORTA CİNS
N. dasselbe Telefon
G. desselben Telefons
D. demselben Telefon
A. dasselbe Telefon

QADIN CİNS
N. dieselbe Nummer
G. derselben Nummer
D. derselben Nummer
A. dieselbe Nummer

CƏMDƏ

Aşağıdakı izləyici sözlərlə hallanarkən bütün dörd halın hamısında sifətin sonluğu – en olur.

1. cəmdə müəyyən artikldən sonra: die;
2. cəmdə işarə əvəzliklərindən sonra: diese, jene, solche, diejenigen, dieselben;
3. sual əvəzliyindən sonra: welche;
4. bu sıradakı əvəzliklərdən sonra: alle, beide, irgendwelche, keine, sämtliche əvəzəzliklərindən sonra, meine, deine, seine, ihre, unsere, eure yiyəlik əvəzliklərindən sonra

Nominativ: die fleißigen Schüler
Genitiv: der fleißigen Schüler
Dativ: den fleißigen Schülern
Akkusativ: die fleißigen Schüler

Cədvəldən də gördüyünüz kimi cəmdə sifətlər artikl və izləyici sözlərlə hallanarkən bütün hallarda sifətin sonluğu -en olur.
Cəmdə zəif hallanmada müəyyən artiklin yerinə göstərilən əvəzləyici sözlərdən hər hansı birini yazmaq olar. Bu zaman sifətin hallanması eyni ilə cəmdə müəyən artikllə olduğu kimidir. Bunu həmin izləyici sözlərdən biri ilə cədvəldə nəzərdən keçirək:

Nominativ: alle fleißigen Schüler
Genitiv: aller fleißigen Schüler
Dativ: allen fleißigen Schülern
Akkusativ: alle fleißigen Schüler

DIQQƏT! manche, einige, viele, mehrere əvəzlilkləri də ismin cəmini bildirən izləyici söz olsa da belə, sifətlərin onlarla hallanmasında xüsusi fərq var:

Nominativ: einige fleißige Schüler
Genitiv: einiger fleißigen Schüler
Dativ: einigen fleißigen Schülern
Akkusativ: einige fleißige Schüler

Bu təxminən qadın cinsli isimlərin önündə sifətlətin təkdə zəif hallanması qaydasına uyğun gəlir.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 0 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir