Dərs 5.5 — Sifətlərin qüvvətli hallanması

LEKTİON 5.5 – Die starke Deklination der Adjektive

Sifətlər izləyici sözlər, yəni müəyyən artikl və onun əvəzediciləri işlənilmədən, sadəcə sifət + isim variantında hallanır.
Sifətlər qüvvətli hallanarkən təxminən müəyyən artikllərin sonluqlarını alır.
Yalnız kişiorta cinslər üçün GENİTİV halda -es sonluğu əvəzinə -en sonluğu alır.

İndi isə sifətlərin qüvvətli hallanmasına aid nümunələrə baxaq:

KIŞI CINS
Kişi cinsli isimlərin önündə sifətlərin qüvvətli hallanmasında Genitivvdən başqa qalan bütün 3 hal üçün sifət 75% müəyyən artiklin sonluğunu alır. Nümunəyə baxaq:

Nominativ: fleißiger Schüler
Genitiv: fleißigen Schülers
Dativ: fleißigem Schüler
Akkusativ: fleißigen Schüler

ORTA CINS
Orta cinsli isimlərin önündə sifətlərin qüvvətli hallanmasında Genitivvdən başqa qalan bütün 3 hal üçün sifət 75% müəyyən artiklin sonluğunu alır. Nümunəyə baxaq:

Nominativ: schönes Bild
Genitiv: schönen Bildes
Dativ: schönem Bild
Akkusativ: schönes Bild

QADIN CINS
Qadın cinsli isimlərin önündə sifətlərin qüvvətli hallanmasında bütün hallar üzrə sifət 100% müəyyən artiklin sonluğunu alır. Nümunəyə baxaq:

Nominativ: gelbe Blume
Genitiv: gelber Blume
Dativ: gelber Blume
Akkusativ: gelbe Blume

İndi isə sifətlərin cəmdə qüvvətli hallanmasına diqqət yetirək. 

CƏMDƏ
Cəmdə isimlərin önündə sifətlərin qüvvətli hallanmasında bütün hallar üzrə sifət 100% müəyyən artiklin sonluğunu alır. Nümunəyə baxaq:

Nominativ: fleißige Schüler
Genitiv: fleißiger Schüler
Dativ: fleißigen Schülern
Akkusativ: fleißige Schüler

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook
Facebook
0Share on Google+
Google+
0Tweet about this on Twitter
Twitter
Share on VK
VK
Share on LinkedIn
Linkedin
Bəyənmə sayı: 1 Çapa göndərmək Çapa göndərmək
loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *