Print

Dərs 5.6 — Sifətlərin qarışıq hallanması

9 Bəyənmə Şərh yazmaq

LEKTİON 5.6 – Die gemischte Deklination der Adjektive

Sifətlər aşağıdakı hallarda qarışıq hallanma üzrə hallanır:

1. Qeyri müəyyən artikllərlə – ein, eine
2. Yiyəlik əvəzlikləri ilə – mein\meine, dein\deine, sein\seine, ihr\ihre, unser\unsere, euer\eure
3. Inkar əvəzliyi – kein\keine

Sifətlərin bu cür hallanmasına ona görə qarışıq hallanma deyirlər ki, bu zaman sifətlər həm zəif, həm də qüvvətli hallanmaya məxsus olan sonluqlra alır.

İndi isə nümunələrə fikir verək:

KIŞI CINS

Nominativ: ein (mein, kein) fleißiger Schüler
Genitiv: eines (keines, meines) fleißigen Schülers
Dativ: einem (keinem, meinem) fleißigen Schüler
Akkusativ: einen (keinen, meinen) fleißigen Schüler

ORTA CINS

Nominativ: ein (kein, mein) schönes Bild
Genitiv: eines (keines, meines) schönen Bildes
Dativ: einem (keinem, meinem) schönem Bild
Akkusativ: ein (kein, mein) schönes Bild

QADIN CINS

Nominativ: eine (keine, meine) gelbe Blume
Genitiv: einr (keiner, meiner) gelben Blume
Dativ: einer (keiner, meiner) gelben Blume
Akkusativ: eine (keine, meine) gelbe Blume

İndi isə sifətlərin cəmdə qarışıq hallanmasına baxaq. Təbii ki, cəmdə qeyri müəyyən artikl olmur. Ona görə də bu hallanma növündə yalnız inkar əvəzliyi və yiyəlik əvəzliklərindən danışmaq olar.

Bu hallanma növü tamamilə sifətlərin cəmdə zəif hallanması qaydasına uyğun gəlir, sifətlər eyni ilə zəif hallanmanın cəmdə olan sonluqlarını, yəni -en sonluğu nalır.

CƏMDƏ

Nominativ: keine (meine) fleißigen Schüler
Genitiv: keiner (meiner) fleißigen Schüler
Dativ: keinen (meinen) fleißigen Schülern
Akkusativ: keine (meine) fleißige Schüler

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4/5 - (2 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: