Dərs 6 — Feli sifətlər

LEKTION 6 – Die Partizipien

Alman dilində feli sifət welche? (hansı?) sualına cavab verməklə iki formada olur:

1. Partizip I
2. Partizip II

Partizip I felin məsdərinin üzərinə -d sonluğu artırmaqla düzəlir. Partizip I əsasən hərəkəti icra edən mübtədanın (SUBJEKT) əvvəlində sifət kimi işlənir. Belə cümlələrin zaman forması həmişə indiki zamanda (PRÄSENS) formasında olur.

Nümunəyə baxaq:

Der kommende Junge ist mein Freund.
Gələn oğlan mənim dostumdur.

Partizip I həm də felin tərzini bildirərək tətzi-hərəkət zərfi kimi də işlənilir. Azərbaycan dilinə isə hərəkətin təkrarlı davamı kimi tərcümə edilir.
Nümunə:

Der Junge kommt laufend.
Oğlan qaçaraq gəlir.

Partizip II felin Perfekt zaman formasında cümlənin sonunda işlədilən formasıdır. Onun düzəldilməsi fellərin qaydalı və qaydasız olmasından asılı olaraq 2 yolla düzəlir.

1. Qaydalı fellər üçün: Partizip II = ge + felin kökü + t
2. Qaydasız fellər üçün: Partizip II =ge + felin kökü\bənzəri + en

Partizip II cümlənin tamamlığı önündə önündə işlənərək bitmiş hərəkətə işarə edir. Qaydasız fellərin Partizip II formasını əsasən əzbərləyərək yadda saxlamaq lazım gəlir

Die gelernte Regel ist nicht besonders schwer.
Öyrənilmiş qayda çox da şətin deyil.

Der gelesene Roman liegt auf dem Tisch.
Oxunmuş roman masanın üstündədir.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 1 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir