- Language Mag - https://language.az -

Sözün başlanğıc forması

Sözün qrammatik şəkilçiyə qədər olan hissəsi sözün başlanğıc forması adlanır.
Sözün başlanğıc forması onun leksik mənasını bildilən hissəsidir. Məsələn, üz,-ür, üzgüçü-nün, üzgüçülük-də, qaz-ırdı, qazmada, qazmaçıya, qazmaçılıqda və s.

Sözün başlanğıc forması ︺ işarəsi ilə göstərilir.
İsimlərin başlanğıc forması adlıq hala uyğun gəlir. Məsələn,dəftər, mağaza, suçu, kitabxana, və s.

Bəzi sözlərdə az hallarda başlanğıc formada leksik şəkilçidən əvvəl qrammatik şəkilçilər də gələ bilər. Məsələn, xalamgil, dayımgil, həyətimizdəki, və s.

Lüğətlərdə sözlər yalnız başlanğıc formada verilir. Sözlərin hansı nitq hissəsinə aid olması, quruluşca növü onların başlanğıc formasma görə müəyyən edilir. Lüğətlərdə fellərin başlanğıc forması məsdər şəklində verilir. Məsələn, yazılmaq, işləmək, görüşmək və s.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (402 votes)