Dərs 7.2 – Sual cümləsi

LEKTION 7.2 – der Fragesatz

Alman dilində də bütün dillərdə olduğu kimi sual cümlələri vardır. Sual cümlələri alman dilində aşağıdakı üsullarla düzəlir:
Alman dilində sual cümlələri tərkibinə görə 2 yerə bölünür:

  • sual sözsüz və
  • sual sözlü sual cümlələri.

Sual sözsüz sual cümlələri
ÜSUL 1: Nəgli cümlə olduğu kimi qalır və yalnız sonda sual intonasiyası əlavə edilir. Gəlin nəqli cümlə kimi istifadə etdiyimiz nümunəyə müraciət edək:

İch lerne heute in Baku Deutsch.   –   Mən bu gün Bakıda alman dili öyrənirəm.

Bu cümlə hələlik nəqli cümlədir. Cümlənin sonuna sadəcə sual işarəsi əlavə etsək və intonasiyanı bir qədər sual intonasiyasına çevirsək, yəni cümlənin sonunda öyrənirəm? sözündəki -əm?-i uzatmaqla sual cümləmiz hazır olar. Yəni belə:

İch lerne heute in Baku Deutsch?   –   Mən bu gün Bakıda alman dili öyrənirəm?

ÜSUL 2: Nəgli cümlədə olan xəbər/fel cümlənin əvvəlinə keçirilir və cümlənin sonuna sual işarəsi əlavə edilir. Nəqli intonasiyanı sual intonasiyası ilə əvəz etməklə sual cümləmiz hazırdır. Gəlin nəqli cümlə kimi istifadə etdiyimiz nümunəyə müraciət edək:

İch lerne heute in Baku Deutsch.   –   Mən bu gün Bakıda alman dili öyrənirəm.

Bu cümlə hələlik nəqli cümlədir. İndi isə cümlənin felini önə keçirək:

Lerne ich heute in Baku Deutsch?   –   Mən bu gün Bakıda alman dili öyrənirəm?

Beləliklə sual cümləmiz hazırdır.

ÜSUL 3: Nəgli cümlə olduğu kimi qalır və yalnız sonda nicht?, yəni deyilmi? sözü əlavə edilir və nəqli intonasiya sual intonasiyası ilə əvəz edilir. Gəlin nəqli cümlə kimi istifadə etdiyimiz nümunəyə bir də müraciət edək:

İch lerne heute in Baku Deutsch.   –   Mən bu gün Bakıda alman dili öyrənirəm.
Bu cümlə hələlik nəqli cümlədir. İndi isə həmin cümləyə dediyimiz nicht?, yəni deyilmi? sözünü və sual intonasiyasını əlavə edək:

İch lerne heute in Baku Deutsch, nicht?   –   Mən bu gün Bakıda alman dili öyrənirəm, deyilmi?

Sual sözlü sual cümlələri
ÜSUL 1: Sual sözlü sual cümlələrindən danışarkən bilməliyik ki, nəqli cümlədə nə qədər cümlə üzvü varsa, həmin cümləyə bir o qədər də sual vermək olar. Yəni hər bir cümlə üzvü bir suala cavab verir. Cümlədə hərəkəti icra edən, yəni cümlənin subyekti kim? və nə?, cümlənin xəbəri/feli nə etmək? , zaman zərfi nə vaxt?nə zaman?, yer zəfi harada? və sair suallarına cavab verirlər. Hansı cümlə üzvünə sual verilirsə, həmin cümlə üzvü cümlədə olmur və yalnız cavab olaraq verilir. İndi isə yenə də nümunə cümləmiz üzərində fikrimizi daha da aydınlaşdıraq:

İch lerne heute in Baku Deutsch. 

Bu cümlədə olan 5 cümlə üzvünün hər birinə ayrı-ayrılıqda sual verək:

1.   Wer lernt Deutsch in Baku? – Ich
2.   Was mache ich in Baku? – lerne Deutsch
3.   Wann lerne ich Deutsch in Baku? – heute
4.   Wo lerne ich heute Deutsch? in Baku – in Baku
5.   Was lerne ich heute in Baku? – Deutsch.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 2 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir