Dərs 8.1 – Tərzi hərəkət budaq cümləsi

LEKTION 8.1 – Der Adverbialsatz

Tərzi hərəkət budaq cümləsi (baş cümlədəki hərəkətin) wie? «necə?», auf welche Weise? «nə cür?, nə tərzdə?» qurtardığını bldirə suallardan birinə cavab verir. Baş cümləyə indem; dadurch, dass; wobei; ohne dass bağlayıcıları ilə qoşulur.

indem – vasitəsiylə, nəticəsində (təsdiqləyici cümlələrdə)

Er machte Fortschritte, indem er täglich trainierte.
Hər gün məşqlər etmək nəticəsində o uğurlar qazandı.

dadurch, dass – vasitəsiylə, nəticəsində (baş cümlədə “dadurch” korelyatı, budaq cümlədə isə “dass” bağlayıcısı işlədilir.

Er fand eine Lösung dadurch, dass er das Problem von einem anderen Standpunkt zu betrachten versuchte.
O, problemə başqa nöqteyi-nəzərdən baxmaq nəticəsində onun həllini tapdı.

wobei – özü də, həm də

Er hat das Referat schnell vorbereitet, wobei niemand ihm geholfen hat.
O referatı çox tez hazırladı, özü də (həm də) ona heç kim kömək etmədi.

ohne dass – ki, (inkar cülələrində)

Sie ging, ohne dass es jemand merkte.
O elə getdi ki, heç kim bunu hiss etmədi.

Əgər baş cümlədə və budaq cümlədə eyni mübtəda olduğu halda budaq cümlə indemohne dass bağlayıcıları ilə işlənirsə, azərbaycan dilinə feli sifətlə təcümə edilir.

Man kann die Geschichte der Stadt kennen lernen, indem man die Sehenswürdigkeiten besichtigt.
Görməli yerləri ziyarət edərək də şəhərin tarixini öyrənmək olar.

Tərzi hərəkət budaq cümləsi ohne dass bağlayıcısı ilə işlənilərkən mənaca ohne … zu + Infinitiv grupuna uyğun gəlir. Əgər baş və budaq cümlədə eyni mübtəda olarsa, budaq cümləni infinitiv grupu ilə əvəz etmək olar:

Er hörte der Diskussion zu, ohne dass er daran teilnahm.
O müzakirədə iştirak etmirdi, sadəcə onu dinləyirdi.

Er hörte der Diskussion zu, ohne daran teilzunehmen.
O müzakirədə iştirak etmədən sadəcə onu dinləyirdi.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 0 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir