Dərs 10 – Önlüklər

LEKTİON 10 –  die Präposition

Azərbaycan dilindən fərqli olaraq alman dilində rus, ingilis və sair dillərdə olduğu kimi “önlüklər” mövcuddur. “Önlüklər” isimlərin önündə yazılır, bundan sonra artikl lazım olan halda, daha sonra isə ismin özü gəlir. “Önlük” sözü də məhz buradan yaranır.
“Önlüklər” mütləq özlərindən sonra müəyyən 1 hal, və ya eyni zamanda 2 hal tələb edirlər. Deməli, ismin önündə/əvvəlində önlük yazılırsa isim “Nominativ” /“Adlıq” halda ola bilməz. “Önlüklər” aşağıdakı halı və ya halları tələb edirlər.

1. Dativ
2. Akkusativ
3. Dativ və Akkusativ
4. Genitiv 

Bu xüsusiyyətlərinə görə də önlüklərə

1. Dativ hal tələb edən
2. Akkusativ hal tələb edən
3. Dativ və Akkusativ hal tələb edən
4. Genitiv hal tələb edən önlüklər deyirlər

İndi isə həmin önlüklər haqqında daha geniş və ətraflı məlumat almaq üçün ardıcıl olaraq növbəti dərslərimizə keçid alaq.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook2Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 3 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir