Dərs 10.1 – Akkusativ önlüklər

LEKTION 10.1 – Präpositionen mit Akkusativ

Biz 10-cu dərsdə önlükləri onların tələb etdikləri hallara uyğun olaraq 4 qrupa böldük. Bu gün biz yalnız Akkusativ halı tələb edən önlüklərin öyrənilməsi ilə məşğul olacağıq. Misal olaraq aşağıdakı önlükləri göstərə bilərik:

für – 1. üçün 2. lehinə
gegen – əleyhinə
um – 1. ətrafında 2. haqqında
ohne – sız, -siz, -suz, -süz
durch – 1. vasitəsi ilə 2. -dan, -dən, içərisindən, içərisi ilə
entlang – (küçə)boyunca, (il) uzunu, boyu
wider – əksinə, əleyhinə
bis – qədər, dək, kimi

Biz dedik ki, bu önlüklər özlərindən sonra yalnız Dativ halı tələb edirlər. Bu isə o deməkdir ki, isimlər itər müəyyən artikllə, istərsə də qeyri-müəyyən artikllə, və ya istər təkdə, istərsə də cəmdə olsunlar,onlar həmişə yalnız və yalnız Dativ halında olmalıdırlar.

Nümunələr

    für    

gegen

wider

Ich mache alles für meinen Freund.
Mən dostum üçün hər şeyi edirəm. 

Ich bin für deine Idee.
Mən sənin ideyanı dəstəkləyirəm.

Du bist gegen meine Meinung.
Sən mənim fikrimin əleyhinəsən.

Du bist immer wider meinen Wunsch.
Sən həmişə mənim arzumun əleyhinəsən.

Wer nicht mit mir ist, der ist wider mich.
Kim mənimlə deyilsə, o mənim əleyhimədir.

Wider Erwarten passiert heute nichts. 
Gözləninlənin əksinə olaraq bu gün heç nə baş vermir.

um

ohne

entlang

Wir sitzen um den Tisch.
Biz masanın ətrafında otururuq. 

Es geht um unseren Plan.
Söhbət bizim planımızdan gedir.

Der Student kann ohne Bücher nicht studieren.
Tələbə kitabsız oxuya bilməz.

İch gehe ohne meinen Freund nicht.
Mən dostumsuz getmirəm.

Die Schüler gehen den Fluß entlang.
Mən dostumsuz getmirəm.

Das ganze Jahr entlang wohnen sie im Gartenhaus  .
İl boyu onlar bağ evində yaşayırlar.

    bis     Die Touristenkommen die Touristen bis Baku.
Turistlər Bakıyadək gəlirlər. 

Bis dahin ist etwa 10 Kilometr.
Orayadək təxminən 10 kilometrdir.

Bis hierher können Sie nicht kommen.
Siz burayadək gələ bilməzsiniz.

Die Schüler zählen bis 100 (hundert).
Şagirdlər 100-ə qədər saya bilirlər.

Ich bin immer bis Mitternacht wach.
Mən həmişə gecə yarıyadək oyaq oluram.

Bis jetzt wohnt er in Berlin.
İndiyədək o Berlində yaşayır.

Wir warten bis morgen.
Biz sabaha qədər gözləyirik.

Wir gehen zusammen bis zum Bahnhof.
Bİz bilikdə dəmir yol vağzalınadək gedirik.

Von heute bis morgen ist auch ein Stück Leben.        .
Bu gündən sabahadək də həyatın bir parçasıdır.

Fünf bis sech Schüler sind auf dem Hof.
Beş-altı şagird həyətdədir.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook2Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 1 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir