Siz buradasız
Sözün başlanğıc forması Azərbaycan Dili 

Sözün başlanğıc forması

Sözün qrammatik şəkilçiyə qədər olan hissəsi sözün başlanğıc forması adlanır. Sözün başlanğıc forması onun leksik mənasını bildilən hissəsidir. Məsələn, üz,-ür, üzgüçü-nün, üzgüçülük-də, qaz-ırdı, qazma–da, qazmaçı–ya, qazmaçılıq–da və s. Sözün başlanğıc forması ︺ işarəsi ilə göstərilir. İsimlərin başlanğıc forması adlıq hala uyğun gəlir. Məsələn, dəftər, mağaza, suçu, kitabxana, və s. Bəzi sözlərdə az hallarda başlanğıc formada leksik şəkilçidən əvvəl qrammatik şəkilçilər də gələ bilər. Məsələn, xalamgil, dayımgil, həyətimizdəki, və s. Lüğətlərdə sözlər yalnız başlanğıc formada verilir. Sözlərin hansı nitq hissəsinə aid olması, quruluşca növü onların başlanğıc formasma görə müəyyən edilir. Lüğətlərdə fellərin başlanğıc forması…

Ətraflı
Şəkilçilərin yazılışı Azərbaycan Dili 

Şəkilçilərin yazılışı

Dilimizdə dörd cür, iki cür və bir cür yazılan şəkilçilər vardır. Dörd cür yazılan şəkilçilərin tərkibində qapalı saitlər -ı, i, u, ü iştirak edir. Dörd cür yazılan şəkilçilərin üzərində 4 yazılır. Dörd cür yazılan şəkilçilər: -in, -ın, -un, -ün = -in4; -dı, -di, -du, -dü = -dı4; -çı, -çi, -çu, -çü = -çı4; -lı, -li, -lu, -lü = -lı4; -sız, -siz, -suz, -süz = -sız4 və s.   İki cür yazılan şəkilçilərin tərkibində a və ə açıq saitləri iştirak edir. Digər açıq şəkilçilər, yəni e, o, ö öz sözlərimizin son hecalarında…

Ətraflı
Conjunctions Ingilis Dili 

Conjunctions

Conjunctions are used to express a connection between words. The most familiar conjunctions are and, but, and or: Paul and David cold and wet tired but happy slowly but surely tea or coffee hot or cold They can also connect longer units: Paul plays football and David plays chess. I play tennis but I don’t play well. We can eat now or we can wait till later. There are two types of conjunctions. COORDINATING CONJUNCTIONS (or simply COORDINATORS) connect elements of ‘equal’ syntactic status: Paul and David I play tennis…

Ətraflı
Leksik və qrammatik şəkilçilər Azərbaycan Dili 

Leksik və qrammatik şəkilçilər

Bəzi şəkilçilər kökə qoşulduqda sözün yalnız forması dəyişir, mənası isə dəyişmir. Belə şəkilçilər sözdəyişdirici və yaqrammatik şəkilçilər adlanır. Qrammatik şəkilçilər ∩ işarəsi ilə göstərilir. İsimlərdə cəm şəkilçisi, hal şəkilçiləri; feilərdə zaman şəkilçiləri, şəxs şəkilçiləri və s. qrammatik şəkilçilərdir. Başqa nitq hissələri (sifət, say, zərf, felin xüsusi formaları olan məsdər, feli sifət) isimləşdikdə ismə aid olan hal, mənsııbiyyət, cəm şəkilçiləri qəbul edə bilər. Məsələn: kitab- lar, oxu-yur-am, dəftər-in, dəniz-də, ağıllı-yam, tez-dir və s. Qrammatik şəkilçilər söz birləşmələri və cümlələrdə sözləri bir-birinə bağlamağa xidmət edir. Qrammatik şəkilçilər öz şəkilçilərimizdir, yəni bunların içərisində alınma…

Ətraflı
Morfemika. Sözün tərkibi Azərbaycan Dili 

Morfemika. Sözün tərkibi

Dil haqqında elmin sözün tərkibini (quruluşunu) öyrənən bölməsi morfemika (yunanca morfe – forma deməkdir) adlanır. Dilin mənalı hissələri, yəni kök, leksik və qrammatik şəkilçilər ayrı-ayrılıqda morfem adlanır. Sözün quruluşunu öyrənmək üçün onu tərkib hissələrinə ayırırlar. Sözün ayrılıqda işlənə bilən və leksik mənaya malik olan hissəs kök adlanır. Sözün kökü ∏ işarəsi ilə göstərilir. Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsi isə şəkilçi adlanır. Məsələn, qapıçı sözündə qapı sözün kökü, -çı şəkilçidir. Azərbaycan dilində şəkilçilər, bir qayda olaraq, kökün axırına qoşulur. Dilimizdə sözün əvvəlinə artırılan şəkilçilər də vardır. Bunlar alınma şəkilçilərdir: na, bi, ba,…

Ətraflı
Eyniköklü sözlər Azərbaycan Dili 

Eyniköklü sözlər

Eyni kökdən əmələ gələn sözlər eyniköklü sözlər adlanır. Məsələn, ək–əkin-əkinçi, su–suçu-sulamaq-sulu, bağ– bağça-bağban-bağçı-bağlıq-bağsız-bağçı, kəs(mək)-kəskin- kəsik-kəsici və s. Eyniköklü sözlər kökləri eyni olan düzəltmə sözlərdir. Onlar eyni kökə leksik şəkilçilər artırmaqla düzəlir. Eyniköklü sözlər, nümunələrdən göründüyü kimi, həm eyni bir nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilir. Məsələn, gül ismindən düzəlmiş gülçü-güllük-güldan eyni- köklü sözlərinin hamısı isimdir. Ot ismindən düzəlmiş otlaq-otlu-otla sözlərinin isə birincisi isim, ikincisi sifət, üçüncüsü feldir. Eyniköklü sözlər formasına görə də dəyişə bilir, yəni isimlər hallanır, mənsubiyyətə görə dəyişir, cəmlənir, şəxs (xəbərlik) şəkilçisi qəbul edir;…

Ətraflı
Mürəkkəb sözlərin əmələ gəlməsi və yazılışı Azərbaycan Dili 

Mürəkkəb sözlərin əmələ gəlməsi və yazılışı

Söz yaradıcılığının mühüm vasitələrindən biri də bir neçə sözün birləşərək yeni mənalı mürəkkəb sözlər əmələ gətirməsidir. Mürəkkəb sözlər aşağıdakı müxtəlif yollarla əmələ gəlir: Iki müxtəlif mənalı sözün birləşməsi ilə. Məsələn, günəbaxan, dəvəquşu, yeraltı, əmioğlu, meşəbəyi, bağayarpağı, istiot və s. İki müxtəlif mənalı sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər bitişik yazılır. Lakin mürəkkəb saylar və mürəkkəb fellər ayrı yazılır. Məsələn, on iki, yüz iyirmi dörd, kömək etmək, şad olmaq, niyyət eləmək və s. Yaxın mənalı sözlərin birləşməsi ilə. Məsələn, dəftər-kitab, taxta-şalban, söz-söhbət, toyuq-cücə, qoyun-quzu və s. Bəzi mürəkkəb sözlərin tərəflərindən biri…

Ətraflı
Sözlərin quruluşca növləri Azərbaycan Dili 

Sözlərin quruluşca növləri

Dilimizdəki sözlər quruluşuna görə üç yerə bölünür: sadə, düzəltmə, mürəkkəb. Sadə sözlər bir kökdən ibarət olur, məsələn: ot, sel, dağ, məktəb, şimal, ölkə və s. Düzəltmə sözlər bir kökdən və leksik şəkilçidən ibarət olur, məsələn: balıqçı, əlcək, oxucu, duzlu, gözlə və s. Düzəltmə sözlər köklərə leksik, yəni sözdüzəldici şəkilçilərin artırılması hesabına yaranır. Məsələn, duzsuz, gülçü, əkinçi, yağlı, üzgiiçülük, zəhmətkeş, balıqçı və s. Yeni düzələn sözün kökü ilə məna bağlıhğı olur. Əgər məna əlaqəsi yoxdursa, deməli, həmin söz düzəltmə söz deyil. Mürəkkəb sözlər iki və ya üç kökdən ibarət olur, məsələn,…

Ətraflı
Söz yaradıcılığının əsas vasitələri Azərbaycan Dili 

Söz yaradıcılığının əsas vasitələri

Sözyaradıcılığı dil haqqında elmin bir bölməsidir. Burada sözlərin hansı üsul və vasitələrlə yaranması öyrənilir. Dilimizdə söz yaradıcılığı leksik və qrammatik üsullara əsaslanır. Sadə sözlər leksik yolla, düzəltmə və mürəkkəb sözlər qrammatik yolla yaranır. Sözlərin leksik yolla əmələ gəlməsi alınma sözlər, dialekt sözləri və çoxmənalı sözlər hesabına olur. Hər bir dildə olduğu kimi, bizim dilimizdə də başqa xalqların (xüsusilə, ərəb, fars və rus) dillərindən alınmış çoxlu sayda sözlər vardır. Məsələn, futbol, maşın, kompyuter, kino, ibadət, mehriban, məktəb və s. Bəzi dialekt sözlər zaman keçdikcə geniş yayılaraq lüğət tərkibinin ümumişlək sözünə çevrilir….

Ətraflı
Leksik təhlil Azərbaycan Dili 

Leksik təhlil

Leksik təhlil aparılarkən aşağıdakılar göstərilir: Sözün leksik mənası; Həqiqi və məcazi mənada işlənməsi; Sözün çoxmənalı və ya təkmənalı olması; Omonim, sinonim yaxud da antonim səciyyəli olub-olmaması; Ümumişlək olub-olmaması; Mənşəyinə görə hansı dilə məxsus olması. Leksik təhlil nümunələri: «Qələm» Leksik mənası — «yazı aləti». Həqiqi mənada işlənir. Omonim deyil, xüsusi isimdir. Sinonimi yoxdur. Antonimi yoxdur. Ümumişlək sözdür. Alınma sözdür. «Qazanc» Leksik mənası – «gəlir». Həqiqi mənada işlənir. Müəyyən məqamlarda məcazi mənada da işlənə bilər. Omonim söz deyil. Sinonimləri «fayda, mənfəət» sözləridir. Antonimi «itki» sözüdür. Ümumişlək sözdür. Əsl Azərbaycan sözüdür. «Mehriban» Leksik…

Ətraflı
Frazeoloji birləşmələr Azərbaycan Dili 

Frazeoloji birləşmələr

Dilimizdə iki cür söz birləşməsi mövcuddur: sərbəst söz birləşməsi, sabit söz birləşməsi. Sabit söz birləşməsinə frazeoloji birləşmələr də deyilir. Frazeoloji birləşmələr tərkibcə dəyişməz, bütövlükdə məcazi bir mənanı bildirən sabit söz birləşmələridir. Məsələn, dabanına tüpürmək (qaçmaq), dilini saxlamaq (susnıaq), yanıb tökülmək (heyifsilənmək), gözü su içməmək (inanmamaq), əldən düşmək (yorulmaq) və s. frazeoloji birləşmələrdir. Frazeoloji birləşmələr dildə hazır şəkildə olur. Onların bəzilərini bir sözlə əvəz etmək mümkündür. Məsələn, ağzına su alıb oturmaq – susmaq, başa salmaq – anlatmaq, yada salmaq – xatırlamaq və s. Frazeoloji birləşmələri təşkil edən sözlər iki və daha…

Ətraflı
Translate »