Siz buradasız
Alınma sözlər Azərbaycan Dili 

Alınma sözlər

Azərbaycan dilinin lüğət tərkibindəki sözlərin əksəriyyəti (əvəzliklərin və fellərin, demək olar ki, hamısı) mənşəyinə görə əsl türk sözləridir, məsələn: dağ, daş, dərə, dəniz, su, yazmaq, bilmək və s. Bütün dillərdə olduğu kimi, bizim dilimizdə də başqa xalqların dillərindən alınma sözlər çoxdur. Belə sözləri iki qrupa ayırmaq olar. Ərəb-fars dillərindən alınma sözlər. Məsələn, qanun, əhali, hökm, məhkum, həbs, şair, mərd, şikayət, tarix, əmanət, cinayət, şahid, elan, mötərizə, təmir və s. Rus və Avropa dillərindən alınma sözlər. Məsələn, avtobus, samovar, traktor, konsert, futbol, direktor, kompas, televizor və s. Alınma sözlərin çoxu dilimizin…

Ətraflı
Bəzi alınma sözlərdə samitlərin yazılışı və tələffüzü Azərbaycan Dili 

Bəzi alınma sözlərdə samitlərin yazılışı və tələffüzü

Bəzi alınma sözlərdə iki saitin arasında gələn qoşa samitlər qoşa samitlə də yazılır: kassa, libretto, operetta, nəqqaş, kəmiyyət, kapella və s. Sonu qoşa samitlə bitən iki və çoxhecalı alınma sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, proses, sərhəd, hüsnxət və s. Rus dilində -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari və s. Bir y ilə yazılan sözlər: tərbiyə, heyət, tövsiyə, təhkiyə, ehtiyac, ehtiyat, mərsiyə, cəfəngiyat, qafıyə, saniyə, şayiə, kinayə, haşiyə və s. Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır:…

Ətraflı
Bəzi saitlərin yazılışı Azərbaycan Dili 

Bəzi saitlərin yazılışı

Qoşasaitli alınma sözlər [a] və ya [o] ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema və s. U saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri və s. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif meyil, əsil, şeir və s. Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor,…

Ətraflı
Translate »