Köhnəlmiş sözlər

Dilin lüğət tərkibində xalqın tarixi əks olunur. Sözlər elmdə, texnikada, mədəniyyətdə baş verən dəyişikliklərin, tarixi hadisələrin canlı şahidləridir. Zaman keçdikcə bəzi məfhumlar dəyişir, yox olur və belə məfhumları bildirən sözlər də köhnəlir, öz ümumişlək xüsusiyyətini itirir. Belə sözlər köhnəlmiş sözlər adlanır. Məsələn, dərviş, vəzir, töycü, çarıq, cindar, sarban, xış, girvənkə, darülfünun, pristav, qorodovoy, konka, dəbilqə, qalxan, xurcun və s. Sözlər ümumişləklik xüsusiyyətini bir sıra səbəblərə görə itirir. Bu səbəblər aşağıdakılardan ibarətdir: Dövlət quruluşlar, ictimai-siyasi funksiyalar dəyişdikcə, bir-birini əvəz etdikcə onlarla bağlı sözlər də köhnəlir və sıradan çıxır. Məsələn, darğa, töycü,…

Ətraflı