Eyniköklü sözlər

Eyni kökdən əmələ gələn sözlər eyniköklü sözlər adlanır. Məsələn, ək–əkin-əkinçi, su–suçu-sulamaq-sulu, bağ– bağça-bağban-bağçı-bağlıq-bağsız-bağçı, kəs(mək)-kəskin- kəsik-kəsici və s. Eyniköklü sözlər kökləri eyni olan düzəltmə sözlərdir. Onlar eyni kökə leksik şəkilçilər artırmaqla düzəlir. Eyniköklü sözlər, nümunələrdən göründüyü kimi, həm eyni bir nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilir. Məsələn, gül ismindən düzəlmiş gülçü-güllük-güldan eyni- köklü sözlərinin hamısı isimdir. Ot ismindən düzəlmiş otlaq-otlu-otla sözlərinin isə birincisi isim, ikincisi sifət, üçüncüsü feldir. Eyniköklü sözlər formasına görə də dəyişə bilir, yəni isimlər hallanır, mənsubiyyətə görə dəyişir, cəmlənir, şəxs (xəbərlik) şəkilçisi qəbul edir;…

Ətraflı