Morfemika. Sözün tərkibi

Dil haqqında elmin sözün tərkibini (quruluşunu) öyrənən bölməsi morfemika (yunanca morfe – forma deməkdir) adlanır. Dilin mənalı hissələri, yəni kök, leksik və qrammatik şəkilçilər ayrı-ayrılıqda morfem adlanır. Sözün quruluşunu öyrənmək üçün onu tərkib hissələrinə ayırırlar. Sözün ayrılıqda işlənə bilən və leksik mənaya malik olan hissəs kök adlanır. Sözün kökü ∏ işarəsi ilə göstərilir. Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsi isə şəkilçi adlanır. Məsələn, qapıçı sözündə qapı sözün kökü, -çı şəkilçidir. Azərbaycan dilində şəkilçilər, bir qayda olaraq, kökün axırına qoşulur. Dilimizdə sözün əvvəlinə artırılan şəkilçilər də vardır. Bunlar alınma şəkilçilərdir: na, bi, ba,…

Ətraflı