Mürəkkəb sözlərin əmələ gəlməsi və yazılışı

Söz yaradıcılığının mühüm vasitələrindən biri də bir neçə sözün birləşərək yeni mənalı mürəkkəb sözlər əmələ gətirməsidir. Mürəkkəb sözlər aşağıdakı müxtəlif yollarla əmələ gəlir: Iki müxtəlif mənalı sözün birləşməsi ilə. Məsələn, günəbaxan, dəvəquşu, yeraltı, əmioğlu, meşəbəyi, bağayarpağı, istiot və s. İki müxtəlif mənalı sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər bitişik yazılır. Lakin mürəkkəb saylar və mürəkkəb fellər ayrı yazılır. Məsələn, on iki, yüz iyirmi dörd, kömək etmək, şad olmaq, niyyət eləmək və s. Yaxın mənalı sözlərin birləşməsi ilə. Məsələn, dəftər-kitab, taxta-şalban, söz-söhbət, toyuq-cücə, qoyun-quzu və s. Bəzi mürəkkəb sözlərin tərəflərindən biri…

Ətraflı