
Would you like … ? = Do you want … ? Biz “Would you like … ?” ifadəsini kiməsə nəsə təklif etmək üçün istifadə edirik. Məsələn: |
![]() |
Biz Would you like to … ? ifadəsini kimisə harasa və nəyəsə dəvət emək üçün istifadə edirik.
Məsələn:
– Would you like to come to a party?
– Qonaqlığa getmək istəyirsiniz?
– “Would you like to have dinner with me on Sunday?” “Yes, I’d love to. (= I would love to have dinner with you.)”
– “Bazar Günü mənimlə nahar etmək istərdiniz”? “Bəli, Mən çox istərdim. (Mən sizinlə nahar etmək istərdim)”
– Where would you like to go this evening?
– Bu axşam hara getmək istəyirsiniz?
I’d like (I would like) ifadəsi “I want” ifadəsinin nəcib formasıdır:
– (restorantda) I’d like fish, please.
– Mənə balıq gətirin, zəhmət olmasa.
– I’m thirsty. I’d like a drink.
– Mən susamışam. Mən içmək istərdim.
– I’d like to watch the film on television this evening.
– Mən bu axşam televizorda film izləmək istərdim.
Şəkildəkə fərqə nəzər yetirin:
Would you like … ? / I’d like …![]() Would you like some tea? = Do you want some tea? (təklif) Çay istəyirsiniz? = Çay istəyirsən? |
Do you like … ?/ I like …![]() Do you like tea? = Do you think tea is nice? Çay xoşunuza gəlir? = Sizcə, çay yaxşıdır? |
By: Langust Agency
ingilsce nece oyrenmek olar
Ismayıl, İngilis dili üzrə qrammatik dərslər saytımıza gündəlik olaraq yüklənəcək. Əgər fərdi və ya qrup şəklində öyrənmək istəyirsinizə o zaman bu keçidə göz gəzdirin: https://goo.gl/2NlJGc