Print

Zərflərın quruluşca nüvləri. Azərbaycan dili

208 Bəyənmə 15 Şərh

Zərflər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

Sadə zərflər bir kökdən ibarət olur və tərkibində leksik yaxın, uzaq, sırağagün, cəld, daim, bura, ora, alt, üst, əvvəl, sonra, bildir, daim, qabaq, bayır, həmişə, indi, sabah, inişil, içəri, yenə, hələ və s.

Düzəltmə zərflər kök və leksik şəkilçidən ibarət olur. Məsələn, sürətlə, qəflətən, birdən, həmişəlik, mehribanlıqla və s.

Düzəltmə zərflər aşağıdakı sözdüzəldici şəkilçilər vasitəsilə əmələ gəlir:

  1. -ca2   yaxşıca, astaca, sakitcə, ehmalca, türkcə, yaşca, yüngülcə ve s.
  2. – la2 – sürətlə, diqqətlə, güclə, cəsarətlə, zorla, ehtiyatla, hərarətlə, ürəklə, tezliklə və s.
  3.  – dan2 birdən, çoxdan, bərkdən, yavaşdan, astadan, hərdən, ucadan, hündürdən və s.
  4.  – casına2 – mehribancasına, hiyləgərcəsinə, açıqcasına, dostcasına, mülayimcəsinə və s.
  5. – akı2 – çəpəki, yanakı və s.
  6. -ən – qəflətən, ruhən, qəlbən, qəsdən, daxilən, zahirən, şəxsən, cismən və s.
  7. -yana, -yənə, -anə – saymazyana, şairanə, dahiyanə, zarafatyana, Sabiranə, ağyana və s.
  8. da2 – gündə, ayda, ildə, qışda, birlikdə, təklikdə və s.

Bu şəkilçiərdən – casına, -la2 – ən vurğu qəbul etmir. Bu şəkilçilər içərisində omonim olanları da var:

-dan2 – həm çıxışlıq hal şəkilçisi, həm də zərf düzəldən leksik şəkilçisi, ucadan, hündürdən, birdən – zərf düzəldən şəkilçi.

-da– həm yerlik hal şəkilçisi, həm də zərf düzəldən leksik şəkilçidir. Məsələn, O,bu gün evdə tək qalıb (yerlik hal şəkilçisi). O, dostu ilə gündə görüşürdü (zərf düzəldən şəkilçi)

-ca2 – həm qoşma və ədat kimi işlənir, həm də zərf düzəldən leksik şəkilçidir. Məsələn, Günel rusca yaxşı danışır( zərf düzəldən şəkilçi) Yol boyunca ağaclar əkilmişdi (qoşma) Dünən yaxşıca istirahət etdik(ədat).

-la– həm başqa nitq hissələrindən fel düzəldir, həm də zərf düzəldən leksik şəkilçidir. Məsələn, O, ehtiyatla hərəkət edirdi (zərf düzəldən şəkilçi). Bəyim həyəti təmizlədi (fel düzəldən şəkilçi)

Mürəkkəb zərflər bir neçə sözün birləşməsindən əmələ gəlir. Məsələn, az-çox, yavaş – yavaş, birə-bəş, arabir və s.Mürəkkəb zərflər, əsasən, aşağıdakı yollarla yaranır:

  1. Eyni sözlərin təkrar olunması ilə.Məsələn, az-az, çox – çox, yavaş – yavaş, ağır – ağir,qəmli – qəmli, bir – bir, tez -tez və s.
  2. Yaxın mənalı və antonim sözlərin iştirakı ilə. Məsələn, yan – yörədə, hərdən-birdən, ara -sıra, başdan -binadan, tək – təhna, əvvəl – axır, tez-gec, gecə – gündüz, azdan – çoxdan, orda -burda, irəli – geri, başdan – ayağa və s.
  3. Yönlük halda işlənən bir sayına başqa sayların qoşulması ilə. Məsələn, birə- bəş, birə – on, birə -yüz, birə-min, birə-iki və s.
  4. Biri və ya hər ikisi, əsasən, hal şəkilçisi qəbul etmiş sözlərin təkrarı ilə. Məsələn, üz -üzə, qabaq – qabağa, üst-üstə, gündən – günə, birdən – birə, sonradan- sonraya, ildən – ilə, gün – gündən, haçandan – haçana, altdan – altdan, başdan – başa, yan- yana, baş – başa və s.
  5. Bəzi mürəkkəb zərflərin tərəflərindən biri və yaxud hər ikisi ayrılıqda məna vermir. Məsələn, uzun – uzadı,bula, maddim – maddim, için – için, az-maz, tələm – tələsik, için- için, xısın – xısın, oğrun – oğrun, dizin – dizin və s. Yuxarıdakı yollarla yaranan mürəkkəb zərflər defıslə yazılır.
  6.  – ba bitişdiricisinin iştirakə ilə eyni sözün təkrarın-dan. Məsələn, taybatay, günbəgün, saatbasaat, ilbəil, üzbəüz, adbaad, dalbadal, anbaan, qarabaqara və s.
  7. İki müxtəlif mənalı sözün birləşməsi ilə. Məsələn, üzüaşağı, üzüyuxarı, birbaşa, yolüstü, gözucu, arabir,əli-boş, gecəyarısı, axşamçağı, səhərçağı, bayramsayağı, hərdənbir, dilucu, ağızucu, birdəfəlik, dabanbasma, sözarası,başıaşağı,əlüstü və s.

6-cı və 7-ci üsullarla yaranan mürəkkəb zərflər  bitişik yazılır.

 

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (108 votes)

Digər maraqlı məqalələrimiz

loading...

15 comments

    1. Mənə Də çox xeyri dəydi🌷🌷🌼🌷⚘🌷🌺🌺🌻🌼🌺🌻🌻🌼🌺💐🌸🌷💮⚘⚘🏵🌹🌹

Lalə üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: