Print

Azərbaycan dili. Zərfin digər nitq hissələrindən fərqi.

131 Bəyənmə 7 Şərh

Zərflərin bir qismi cümlədəki yerindən asılı olaraq həm isim, həm zərf; həm sifət, həm say, həm zərf; həm qoşma, həm də zərf ola bilir. Bunları bir-birindən fərqləndirmək üçün aşağıdakəları bilmək lazımdır:

  1. Gecə, gündüz, axşam, səhər, yay, qış, payız tipli sözlər cümlədə həm isim, həm də zaman zərfi ola bilir. Bunlar cümlədə nə? sualına cavab verdikdə isim, nə zaman? sualına cavab verdikdə isə zaman zərfi olur. Məsələn, Mən yazı (nəyi?) çox sevirəm. O, gecə oxumağı sevirdi (zaman zerfi).
  2. Yaxşı, pis, iti, açıq, gözəl, cəld, qəşəng, tək, aydın, əyri, doğru və s. kimi sözlər həm sifət, həm də tərzi – hərəkət zərfi ola bilir. Necə? nə cür? suallarına cavab olaraq, ismin yanında işlənəndə onun əlamətini bildirir və sifət olur. Məsələn, Yalan söz üz qaraldar. Onun çox aydın səsi var idi. Həmin sözlər felin yanında işlənib necə? nə cür? suallarına cavab verəndə isə tərzi – hərəkət zərfliyi olur. Məsələn, O, işini yaxşı bacarırdı. Orxan çox aydın danışırdı.
  3. Xeyli, az, bir az, bir qədər, çox sözləri nə qədər? sualına cavab verib ismin yanında işlənərsə, say olur. Məsələn, Meydanda xeyli insan vardı. Onun cibində bir qədər pulu qalmışdı. Bu sözlər felin yanında gəldikdə işə nitq hissəsi kimi miqdar zərfliyi olur. Məsələn, İlqar toplantıda az danışdı. Uşaqlar oynayıb xeyli yorulmuşdular.
  4. Əvvəl, sonra, bəri, qabaq sözləri zərf və qoşma kimi işlənə bilir. Məsələn, Əvvəl buralar çox gözəl idi (zərf). Qızlardan qabaq bura bir uşaq gəlmişdi (qoşma).
  5. Doğru, yaxın, tək sözləri həm sifət, həm zərf, həm də qoşma kimi işlənə bilir. Məsələn, doğru insan, tək uşaq – sifət; yaxın gəl, doğru danış – zərf; sənintək, eve doğru,məktəbə yaxın – qoşma.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (95 votes)

Digər maraqlı məqalələrimiz

loading...

7 comments

Jennie üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: