
Qoşmaların əksəriyyəti qoşulduğu sözdən ayrı yazılır.
- İlə qoşması saitlə bitən sözlərə qoşulanda ayry yazılır, samitlə bitən sözlərə qoşulanda isə həm bitişik (-la), həm də ayrı yazıla bilir. Məsələn, atamla, Elçin ilə- Elçinlə və s.c
- can2, -dək qoşmaları qoşulduğu sözlərə həmişə bitişik yazılır.Məsələn, evəcən, evədək, körpüyədək, göləcən və s.
Sinonim qoşmalar
Bir çox qoşmalar bir-biri ilə sinonimdir. Cümlədə onlardan birinin əvəzinə digərini işlətmək olar. Məsələn, O, tülkü hiyləgərdir cümləsindəki kimi qoşmasının yerinə onun sinonimi olan tək qoşmasını da işlətmək olar.
Bir-biri ilə sinonim olan qoşmalar aşağıdakəlardır:
- Adlıq və yiyəlik halla işlənənlər: kimi – tək (bəzən də qədər). Məsələn, sənin kimi- sənin tək, quş kimi – quş tək, gündüzlər kimi (qədər) və s.
- Yönlük halla işlənənlər: (qədər – kimi _dək-(can-); sarı – tərəf – doğru. Məsələn,
- məktəbə qədər
- məktəbə kimi
- məktəbədək
- məktəbəcən
- evə sarı
- evə tərəf
- evə doğru
Çıxışlıq halla işlənənlər: əvvəl – qabaq; qeyri- başqa – savayı. Məsələn,
- məndən əvvəl
- məndən qabaq
- səndən qeri
- səndən başqa
Bunlardan əlavə ilə – ca2; qədər – ca2; görə-ca2 ,üçün- ötrü-görə qoşmaları da sinonimdir. Məsələn, yol boyu ilə – yol boyunca; dəryaca- dərya qədər; sözün mənasına görə növləri – sözün mənaca növləri; validəynlər üçün – valideynlərdən ötrü, mənim üçün – məndən ötrü-mənə görə.
Çox sağ olun.Dərsimdən 5aldim
.